Türkiyə Baş Qərargahının rəisi Azərbaycana səfər edib
06-02-2012 / 19:07
Türkiyə Baş Qərargahının rəisi Necdet Özel fevralın 6-9-da Azərbaycana səfər edəcəyi barədə xəbər vermişdik. Bu barədə bazar ertəsi Türkiyə Silahlı Qüvvələrinin saytı xəbər vermişdi.
FaktXeber.com xəbər verir ki, artıq Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Necdət Özelin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Necdet Özelin təyyarəsi yerli vaxtla saat 18:00-da Bakıya enib.
Türkiyəli general səfər çərçivəsində Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edəcək. Onun Azərbaycanın müdafiə naziri ilə görüşü də gözlənilir. Səfər fevralın 9-dək davam edəcək.
Qeyd edək ki, bu ordu generalı N. Özəlin Baş Qərargah rəisi vəzifəsində Azərbaycana ilk səfəridir. Bundan əvvəl, o, 2011-ci ilin yanvar ayında, Türkiyə Jandarma Qüvvələrinin baş komandanı olarkən Bakıya səfər etmişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.