ALMAN TELEVİZİYASI EUROVİSİON QABAĞI BAKIDAN GENİŞ REPORTAJ YAYIMLAYIB
Leyla Yunus: ""Eurovision Song Contest" Azərbaycan xalqına sevinc gətirməyib və özü ilə yeni faciələr gətirəcək"
06-02-2012 / 19:02
Bakıda keçiriləcək Eurovision mahnı yarışmasına bir neçə ay qalmış, Almaniyanın məşhur TT1 kanalı Azərbaycan paytaxtında son zamanlar yaranmış gərgin vəziyyətlə bağlı Klaus Uhrigin geniş reportajını yayımlayıb. Reportajda bildirilir ki, şəhər əhalisi üçün yaradılmış süni maneələr Eurovision mahnı müsabiqəsi üçün təntənəli giriş deyil. Məqaləni ixtisarla sizlərə təqdim edirik:
"Hazırlıq mərhələsində insan haqları müdafiəçisi Leyla Yunusun evi dağıdılıb. Bu başadüşülən deyil və qeyri-qanunidir. Leyla Yunus korrupsiya və dağıntılara qarşı mübarizə aparır. Baş verən hadisələr barədə 10 saat sonra "New York Times" qəzeti hökuməti tənqidi edən material hazırlayıb. Ev üçün heç bir kompensasiya ödənilməyib. Leyla Yunus bildirib ki, o öz komandası ilə hazırda kiçik bir mənzildə məskunlaşıb. O bildirir ki, "Eurovision Song Contest" Azərbaycan xalqına sevinc gətirməyib və özü ilə yeni faciələr gətirəcək. O ölkədə ki, siyasi məhbuslar var, orada azad seçki də yoxdur, azadlıq da yoxdur!"
Mafioz strukturlar
Son illərdə Bakı kəskin şəkildə dəyişib. Tikinti bumu neft milyardları ilə maliyyələşdirilir. 800 yeni yüksəkmərtəbəli bina ucaldılıb. Qiymətləri isə London və ya Nyu-York əmlakları ilə eynidir. Eurovisiona görə bütün işlər sürətləndirilib. Yolun üstündə isə heç nə dayana bilməz. "Mafiya kimi strukturlar var burada", - deyə Leyla Yunus şikayətlənir: "Heç kəs bilmir onun evi plandadır, ya yox. Özbaşınalıqdır. Kim istəsə gəlib evini dağıda bilər və bu barədə heç kəsə deməyə ehtiyac yoxdur. Sadəcə deyirlər ki, mən istəyirəm burada otel və ofis binaları tikim, vəssalam".
Zədəli İnfrastruktur
20.000 nəfər evlərində didərgin salınıb. Onların evləri gecə vaxtı qanunsuz olaraq dağıdılıb. Mahnı müsabiqəsi üçün "Crystal Hall"ın tikintisi dağıdılmış evlərin üzərində aparılır. Orada çəkiliş aparmaq istədik, amma bizi ora buraxmadılar. Bizə hətta polis kordonunu da çəkməyə icazə vermədilər. Ölkədə heç bir mətbuat azadlığı yoxdur. İlham Əliyevin atası Heydər Əliyev on il prezident olub. Sonra onun oğlu İlham Əliyev hakimiyyətə gəlib. Blogger Əli Novruzov kimi yalnız bir neçə fəal korrupsiya və ölkədəki insan haqları pozuntusu barədə açıq danışa bilir: "Eurovision şəhəri sürətlə söküb yerində tikinti aparanlar üçün yaxşı bəhanədir. İndi də onlar Dubaydakı "Bürc Xəlifə" göydələnindən də hündürünü inşa etmək istəyirlər. Gülməlidir. Biz tamamilə başqa problemlər də var. İnfrastruktur pozulub, zibil daşınması yox dərəcəsindədir. Hətta şəhərin bir çox hissələrində çirkab sularının axması üçün novlar belə yoxdur."
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.