Gülağa Aslanlı: "Müsavata Partiyasının başqanı İsa Qəmbər Azərbaycanda sözünü deyib, onun arxasında duran kişilərdəndir"
06-02-2012 / 18:37
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Müsavat başqanı İsa Qəmbəri başqanlıqdan əl çəkməməkdə ittiham edib. Novruzov bildirib ki, vaxtı ilə AMİP sədri olmuş Etibar Məmmədov atdığı addımla nümunə göstərdi. O, AMİP sədrliyindən getdi, bununla da məsələ bitdi. İsa Qəmbər də analoji addımlar atmalıdır.
"Əslində o, başqanlıq müzakirələri açmaqla partiya rəhbərliyində qalmaq müddətini uzatmaq istəyir. Gah deyirlər Arif Hacılı həbsxanadan çıxsın, qurultayı sonra keçirək, gah deyirlər Arif Hacılı həbsxanada qala-qala da başqan seçilə bilər", - YAP icra katibinin müavini deyib.
Siyavuş Novruzovun fikri ilə bağlı FaktXeber.com-a açıqlama verən Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı, Siyavuş Novruzovun yanlış fikirdə olduğunu bildirdi: “Müsavata Partiyasının başqanı İsa Qəmbər Azərbaycanda sözünü deyib, onun arxasında duran kişilərdəndir. O, heç vaxt dediyi sözün arxasından qaçmayıb. Gərək S.Novruzov öz rəhbəri haqqında bu sözləri desin. Ona görə ki, öz atasının konstitusiyada qoyduğu qanunu dəyişərək, yenidən hakimiyyətdə qalmaq iddiasındadır. Onu üçün milyonlarla pul xərcləyərək ölkədə referendum keçirib.”
2002-ci il Heydər Əliyevin hakimiyyəti dövründə konstitusiyaya heç bir kəs iki dəfədən artıq prezident seçilə bilməməsi haqqında qanunun İlham Əliyev tərəfindən dəyişdirildiyini qeyd edən başqan müavini, “İsa Qəmbər bundan fərqli olaraq bu fikirdə deyil”, - deyə vurğuladı. “İsa Qəmbər sözünü deyib və o, sözünün ağasıdır.”
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.