FHN Azərbaycanda yük qatarının aşması ilə bağlı məlumat yayıb
06-02-2012 / 18:36
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıdan Gürcüstana neft məhsulları daşıyan yük qatarının aşması ilə bağlı məlumat yayıb.
FaktXeber.com-un FHN-in saytına istinadən verdiyi məlumata görə, Hacıqabulda rayon Dəmir Yolu Stansiyasında Bakı-Gürcüstan istiqamətində hərəkət edən qazalin tərkibli neft məhsulu daşıyan hər birinin tutumu 60 ton olan 3 ədəd sistern aşıb, 3 sistern yoldan çıxıb. Yanğın hadisəsi qeydə alınmayıb.
Qəzanın nəticələrinin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerində növbə çəkir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.