BOLQARISTANDA SEL NƏTİCƏSİNDƏ YÜZLƏRLƏ İNSAN EVLƏRİNİ TƏRK EDİB
Su bəndinin uçması azı 5 nəfərin ölümünə səbəb olub
06-02-2012 / 18:03
Faktxeber.com-un verdiyi məlumata görə, Bolqarıstanın cənubunda bəndin uçması ilə yaranan daşqınlar nəticəsində 5 nəfər həlak olub, yüzlərlə insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.
Böhranlı vəziyyət qarların əriməsi və leysan yağışları səbəbindən anbardakı suyun birdən–birə artmasına görə baş verib.
Yerli hökumət nümayəndələri daha iki bəndin uçma ehtimalı olduğunu bildirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.