Netanyahu, İranın nüvə enerjisi bazalarına hücum edilməsi barədə açıqlama verən yüksək çinli hərbiçiləri danlayıb
06-02-2012 / 17:44
FaktXeber.com xəbər verir ki, İsrail baş naziri Benyamin Netanyahu, təhlükəsizlik şurasının görüşündə hərbi və hökumət rəsmilərinə səslənərək İrana hücum barədə "boşboğazlıq" etməmələri xəbərdarlığını edib.
Əl Ərəbiyənin yaydığı məlumatda bildirilir ki, Netanyahu, İranın nüvə enerjisi bazalarına hücum edilməsi barədə açıqlama verən yüksək çinli hərbiçiləri danlayıb.
Netanyahu "Sizin bu boşboğazlığınız İsraili müharibəyə sürükləyir. Ölkəni böyük təhlükəyə atmayın.", -deyə bildirib.
Qeyd edək ki, İranın ali lideri Ayətullah Seyid Əli Xamenei son cümə namazı çıxışında İsrail və Qərbin təhdidlərinə cavab olaraq onları ciddi şəkildə təhdid etmişdir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.