MEKSİKA SAĞÇILARI İLK DƏFƏ PREZİDENTLİYƏ QADIN NAMİZƏD İRƏLİ SÜRDÜLƏR
O, partiya qurultayında rəqibini 20 xal qabaqlayıb
06-02-2012 / 17:03
FaktXeber.com-un verdiyi məlumata görə, Meksikada iqtidardakı mühafizəkar partiya prezident seçkisinə qatılmaq üçün ilk dəfə bir qadını namizəd göstərəcək. Keçmiş təhsil naziri Josefina Vazquez Mota Milli Hərəkət Partiyası qurultayında rəqibi Ernesto Korderonu 20 xal qabaqlayıb.
Seçkilər iyulun birində keçiriləcək.
İctimai sorğulara görə, rəqib partiyanın namizədi Enrique Pena Nieto açıq şəkildə qabaqdadır gedir. Nietonun partiyası olan İnqilabçı Partiya Meksikanı 70 ildir idarə edən köklü bir hərəkatdır.
Seçkinin digər güclü namizədi də Andres Manual Lopez Obradordur. Obrador sol meylli Demokratik İnqilab Partiyasının namizədi kimi son seçkilərdə indiki prezident Kalderonla mübarizədə ikinci olmuşdu.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.