Rusiya xarici işlər naziri Sergey Lavrov Suriya prezidenti Bəşər Əsədlə görüşmək üçün sabah Şama gedəcək
06-02-2012 / 16:50
FaktXeber.com-un məlumata görə, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Lavrovun Əsədə siyasi fəaliyyətində müsbətə doğru addımlar atması yönündə çağırışlar edəcəyi bildirilir.
Rusiya ilə Suriya arasında həcmi 4 milyard dollar olan hərbi ticarət əlaqəsi olduğu bildirilir.
Qeyd edək ki, Rusiya, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının veto gücünə sahib üzvlərindən biri olaraq Çinlə birlikdə Dəməşq rəhbərliyinin qınanmasını nəzərdə tutan qanununun qəbulunha maneə yaratmışdı.
BBC-nin bildirdiyinə görə, Rusiya və Çinin bu mövqeyi Suriya müxalifətini hirsləndirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.