PETA heyvanların müdafiə təşkilatı Hollivud aktyoru Liam Nilsonun da iştirak etdiyi "The Grey" filmini baykot eləməyə çağırıb
06-02-2012 / 16:36
Faktxeber.com-un verdiyi məlumata görə, PETA heyvanların müdafiə təşkilatı Hollivud aktyoru Liam Nilsonun da iştirak etdiyi «The Grey» filmini baykot eləməyə çağırıb.
Buna səbəb isə 59 yaşlı britaniyalı aktyorun canavar əti yediyini etiraf etməsidir.
Nilson filmdə aviaqəzadan sonra Arktika düzlərində itkin düşən və canavar dəstəsi ilə rastlaşan neftçilər qrupunun rəhbəri rolunu oynayır.
Çəkiliş vaxtı rejissor aktyorlara rola girə bilmələri üçün əsl canavar əti yeməyi təklif edir. Aktyorların bir qismi bundan imtina eləsələr də, Nison da daxil olmaqla bəziləri təklifi qəbul edirlər.
PETA-nın qəzəblənmiş fəalları xüsusi bəyanat yayaraq bildiriblər ki, Nisonun heyvanlara olan münasibəti qəbul olunmuş çərçivədən çıxır və buna görə də, bütün təbiətsevərləri filmi baykot eləməyə çağırıblar.
Müdafiəçilər rejissor Co Karnahanı da tənqid ediblər. Səbəbi isə onun çəkiliş vaxtı canavarları tələyə salması olub: «Tələyə düşən vəhşi heyvan öz pəncələrini çeynəyir. Bundan sonra yara dərinləşir və heyvan qanqrenadan ölür».
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.