Riçard Donovan, 4 gün 22 saata 6 ayrı qitədə qaçıb
06-02-2012 / 16:31
FaktXeber.com xəbər verir ki, irlandiyalı Riçard Donovan, Afrikadakı insanların çəkdiyi çətinlikləri dünya gündəminə gətirmək üçün 4 gün 22 saata 6 ayrı qitədə qaçıb.
Sosial paylaşma saytı facebookdakı "World Marathon Challenge 2012" səhifəsində, macərasını 5 gündən qısa müddətdə tamamlamağı hədəfləyən Donovanın arzusuna çatdığını bildirib.
Qaçışa 1 fevralda Antarktikada başlayan Donovan, çantası və məhdud büdcəylə bir qitədən digərinə hava yoluyla keçib. Zamana qarşı yarışan Donovan yuxusuzluğa və qitədən-qitəyə dəyişən hava tempuraturu ilə də mübarizə aparıb. Donovanın qaçış marafonu, Cape Toun (Cənub Afrika), Sao Paulo (Cənub Amerika), Orlando (Şimal Amerika), London (Avropa), Honq Konq (Asiya) və Sidney (Avstraliya) əhatə edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.