Venesuela prezidenti Hüqo Çaves Folklend adaları ilə əlaqədar gələcəkdə İngiltərə ilə müharibəyə başlayacağı halında, ölkəsinin Argentinaya yardım edə biləcəyini söyləyib. Çaves bu açıqlamanı Latın Amerikasının səkkiz liderinin sammitində verib.
Bolivaryan İttifaqı adı verilən səkkizli qrupun liderləri Folklend adalarının bayrağını daşıyan gəmilərin limanlarına yaxınlaşmasına icazə verməmə mövzusunda da razılıq əldə ediblər.
"Daily Telegraph" qəzeti Folklend və ya Latın Amerikasının adlandırdığı kimi Malvinas ətrafında gərginliyin son 30 ilin ən yüksək səviyyəsinə qaldığını yazıb.
Xatırladaq ki, İngiltərə və Argentina Marqaret Tetçerin iqtidarı dövründə adanın suverenliyi üzərindəki anlaşılmazlğa görə 1982-ci ildə müharibə etmişdilər.
Çaves sammitdəki çıxışında belə söyləyib: "Yalnız venesuelalılar adından danışıram, əgər İngiltərə İmperatorluğu Argentinaya hücum etsə, Argentina bu dəfə tək olmayacaq."
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.