TÜRKİYƏLİ NAZİRƏ "ERMƏNİ SOYQIRI"MINI İNKAR ETDİYİNƏ GÖRƏ CİNAYƏT İŞİ AÇILIB
Sürixdə "erməni soyqırımı yoxdur" deyən türkiyəli nazir Egemen Bağış haqqında cinayət işi açılıb
06-02-2012 / 16:10
FaktXeber.com "Haberturk"ə istinadən xəbər verir ki, İsveçrənin Sürix prokurorluğu “erməni soyqırımı olmayıb” deyən türkiyəli nazir haqqında ilkin təhqiqata başlayıb.
"Neue Zürcher Zeitung" qəzetinin məlumatına görə, Sürix baş prokurorluğu, keçən həftə türkiyəli nazir Egemen Bağışın Davos Dünya İqtisadi Forumundan qayıdarkən Sürixdə verdiyi açıqlamada "erməni soyqırımı yoxdur. Gəlib məni həbs etsinlər" dediyinə görə istinaq başlanılıb. Türkiyəli nazirin bu sözlərindən sonra Sürix prokuroru Braunsçveiq, ilkin istintaqı başladıb.
Qeyd edək ki, Sürix prokuroru Kristin Braunsçveiq “Doğan” xəbər agentliyinə açıqlamasında bildirib ki, ötə həftə bizə bu mövzuda şikayət ərizəsi daxil olub. Ərizədə Egemen Bağışın İsveçrə Cinayət Məcəlləsinin 261-ci maddəsinə (irqçilik) zidd davrandığı bildirilirib. Biz bu ittihamı ciddi qəbul edərək ilkin təhqiqat aparmağa qərar verdik. İstintaq qrupu Egemen Bağışın şikayət ərizəsində qeyd olunan ifadələri söyləyib-söyləmədiyini araşdıracağıq. Onun diplomatik toxunulmazlığa sahib olub-olmadığını müəyyənləşdirəcək. Bu araşdırmalar nəticəsində qanuna zidd davranış müəyyən edilərsə və onun diplomatik toxunulmazlığı yoxdursa, barəsində cinayət işi açacağıq”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.