Gözəl Bayramlı: "Parlamentdə təmsil olunan partiyalar YAP-ın bir əlavəsidir. Ona görə onları heç kim tanımır"
06-02-2012 / 15:25
Bu günlərdə Prezident İlham Əliyev Almaniyanın Münhen şəhərində iştirak etdiyi konfransdakı çıxışında bildirib ki, Azərbaycanda çoxpartiyalı sistemdir. Parlamentdə 10 partiya təmsil olunur. Görəsən həmin partiyaların Azərbaycanda ictimai çəkisi nə qədərdir? Niyə onları heç kim tanımır və üzvlərinin sayı yox dərəcəsindədir?
Ümumiyyətlə, partiyaların maliyyələşdirilməsi məsələsi nə yerdədir? Məsələ ilə bağlı Faktxeber.com-un suallarını Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı cavablandırıb: “Parlament təyinatlı parlamentdir, orada deputatlar da təyinatla oturub. Siyasi partiya öz fəaliyyəti ilə tanınmalıdır. Hadisələrə öz münasibətini bildirməlidir. Parlamentdə təmsil olunan partiyalar YAP-ın bir əlavəsidir. Ona görə onları heç kim tanımır. Prezident də deyib ki, parlamendə 10-a yaxın partiya təmsil olunur. Mən 10 ildir siyasətlə məşğul olan adamam, heç o partiyalar hansılardırsa, bilmirəm. Bir neçə nəfər tanıyıram. Onların da partiyasında bir özləridir, bir də qohumları. Partiyaların dövlət tərəfindən maliyyələşdirilməsində bir sıra problemlər var. Siyasi partiyaları maliyyələşdirilməsi ilə bağlı qanunun qəbulu gecikdirilir. Hökümət bu gün parlamentdə təmsil olunan partiyaları əsas kimi götürür. Maliyyəni də onlara yönəltmək niyyətindədir. Lakin nə faəliyyət göstərən böyük partiyalar, nə də Azərbaycan cəmiyyəti bununla razılaşmaq fikrində deyil. Hamı bilir ki, hansı partiyanın Azərbaycan tarixində, cəmiyyətində oynadığı rol nə qədərdir. Hakimiyyət YAP-ın əlavəsi olan partiyaları maliyələşdirib, öz sözünü dedirtmək istəyirsə, buyursun, davam etsin. Bütün partiyaların maliyyələşdirilməsini bu parlamentdən gözləmirəm. Amma gələcəkdə bu məsələ həllini tapacaq.”
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.