RUSİYA NÜMAYƏNDƏSİ: "ƏDƏBLİ OL, YOXSA QƏTƏR XƏRİTƏDƏN SİLİNƏR"
Rusiyanın BMT nümayəndəsi bu sözləri Qətərin baş nazirinə söyləyib
06-02-2012 / 15:16
FaktXeber.com-un ərəbdilli “Albadee” saytına istinadən verdiyi məlumata görə, BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı son toplantısında Rusiya nümayəndəsi Vitali Çurkinlə Qətərin xarici işlər naziri Həmd bin Casim arasında gərgin mübahisə yaşanıb. Rusiya və Çin, Ərəb Birliyinin hazırladığı və Qərbin də ciddi-cəhdlə dəstəklədiyi layihəyə veto qoyduqdan sonra, Qətərin xarici işlər və baş naziri olan Həmd bin Casim Rusiyanı hədələyib. O, deyib: “Suriya əleyhinə olan qətnaməyə veto qoymağınızla bağlı sizə xəbərdarlıq edirəm. Rusiya bu qətnaməni dəstəkləməlidir, əks halda bütün ərəb dövlətlərini əldən verəcək”. Baş nazirin belə hədədolu ifadəsini eşidən Rusiya nümayəndəsi ona deyib: “Siz Təhlükəsizlik Şurasında qonaqsız. Öz hörmətini saxla. Boyuna uyğun danış. Mənim səninlə danışacaq hər hansı bir sözüm yoxdur. Mən böyük Rusiya adıyla yalnız böyüklərlə danışıram. Ədəbli ol, əgər bir daha mənimlə bu cür danışsan xəritədə Qətər adlı ölkə olmayacaq”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.