Rumıniyanın baş naziri Emil Bok siyasi gərginliyin artdığı bir dövrdə istefa verdiyini açıqlayıb
06-02-2012 / 15:08
FaktXeber.com-un verdiyi məlumata görə, baş nazir Bokun rəhbərliyi altında olan hökumət məmur maaşlarında 25 faizlik ixtisar etmişdi, təqaüdləri isə dondurmuşdu.
Qeyd edə ki, AB üzvü olan bu Balkan ölkəsində qənaət tədbirlərinə görə bir müddətdir etiraz aksiyaları keçirilir.
Bok, Nazirlər Kabinetinin toplantısından sonra "əhəmiyyətli siyasi qərarlar vermək zamanıdır" deyərək istefasını açıqlayıb.
Xatırladaq ki, Rumıniya iqtisadiyyatında ötən il artım qeydə alınmış, ancaq bu bəzi tədbirlərə qarşı etiraz səslərinin yüksəlməsinin qarşısını ala bilməmişdi. Ölkədə üç həftədir davamlı nümayişlər təşkil edilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.