Cinayəti törədən şəxs isə hadisə yerindən qaçmağa müvəffəq olub
06-02-2012 / 14:30
FaktXeber.com xəbər verir ki, Türkiyə Ağrı vilayətinin Doğubayazıt rayonunda prokuror olan Hakan Kılıç ötən gün şəhər mərkəzində naməlum şəxs tərəfindən silahlı hücuma məruz qalıb. Hadisə prokuror həyat yoldaşı ilə bazarda gəzərkən baş verib. Hakan Kılıç 2-si sinəsinə, 1-i başına olmaqla 3 güllə yarası alıb. Hadisənin şahidləri tərəfindən dərhal xəstəxanaya çatdırılan Hakan Kılıçın vəziyyəti ağır olduğu üçün prokuror daha sonra təcili yardım təyyarəsi ilə paytaxt Ankaraya aparılıb.
Cinayəti törədən şəxs isə hadisə yerindən qaçmağa müvəffəq olub. Polis faktla bağlı araşdırmalara başlayıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.