FaktXeber.com "CNN"ə istinadən xəbər verir ki, Polşada son on gündə 62 nəfər donvurmadan həyatını itirib. Polisdən verilən açıqlamaya görə, son 24 saatda doqquz yeni ölüm hadisəsi baş verib. Ölkədə bu gün axşam tempuratur -24 dərəcəyə qədər düşəcək. Donvurma qurbanlarının əksəriyyəti evsizlərdir.
Bundan əlavə güclü qar və anomal soyuq və şaxtalı hava bütün Avropa boyu nəqliyyatın işinə əngəllər yaradıb. Bir sıra aviareyslər təxirə salınıb, avtomagistral yollar bağlanıb. Amsterdamın Sxipol aeroportunda aviareyslər gecikmələrlə işləyir. Ötən gecə Londonda güclü qar yağıb, aviareyslərin təxminən 30%-i təxirə salınıb.
Havaların kəskin soyumasından daha çox Şərqi Avropa ölkələri əziyyət çəkib. Şərqi Avropanın bəzi məntəqələrində havanın temperaturu -38C-dək enib. Şaxta və donvurma qurbanlarının sayı 200-dən artıqdır.
Bosniya paytaxtı Sarayevoda şəhər hakimiyyəti şaxtalı haya ilə əlaqədar fövqəladə vəziyyət elan olunub. Venesiyadakı kanallarda suyun üzünü buz bağlayıb.
Ukraynada son 9 gün ərzində donvurma və soyuqvurma diaqnozu ilə xəstəxanalara 1800 adam yerləşdirilmişdi. 130 adam şaxtalı hava nəticəsində dünyasını dəyişib.
Finlandiyanın şimalında, Kuusamo şəhərində rekord dərəcədə aşağı temperatur qeydə alınıbI -40,3C.
Sinoptiklərin proqnozlarına əsasən, gələn həftə şaxtalı havanın tədricən sovuşacağı gözlənilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.