Fidel Ksatro: "Latın Amerikasında tələbələrin ödənişsiz təhsil haqqı mübarizəsini də dəstəkləyirəm"
06-02-2012 / 14:02
Kuba inqilabının lideri Fidel Kastro xatirə kitabını tanıtmaq üçün təxminən bir il fasilədən sonra ilk dəfə medianın qarşısına çıxıb.
FaktXeber.com-un verdiyi məlumata görə, tərcüməsi dilimizə "Zamanın Partizanı" kimi olan "Guerrillero deş Tiempo" adlı iki cildlik kitab müsahibə janrında işlənib.
Kastronun uşaqlıq illərindən başlayan danışığında sualları jurnalist Katiuska Blanko ünvanlayır. Kuba Yazarlar Birliyinin rəhbəri Miquel Barnet, 1958-ci ildə Fulgenkio Batistanın liderliyi altındakı hökumətin Kastro və dostları tərəfindən devrilməsinin da qələmə alındığı kitabı "3 ölçülü film qədər canlı" deyə tərif edib.
Altı saat davam edən təqdimat toplantısında çıxış edən 85 yaşlı Kastro aktual mövzulardan danışıb. Latın Amerikasında tələbələrin ödənişsiz təhsil haqqı mübarizəsini də dəstəkləyib. Kastro, Venesuela lideri Huqo Çavezin ünvanına isə "venesuelılar üçün heç kimin edə bilmədiyini edir" tərifini səsləndirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.