Bakıda iki evdə qaz sızmasından partlayış baş verib
06-02-2012 / 13:59
FaktXeber.com-un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 5-də Binəqədi rayonu ərazisindəki yeni tikilmiş evlərdən birində yaşayan Əhliman Qədirova məxsus evdə təbii qazın sızmasından partlayış olub. Nəticədə evin konstruksiyalarına ziyan dəyib, yanıq xəsarətləri almış Qədirov, həyat yoldaşı Məlahət və qızı Nəcibə xəstəxanaya yerləşdiriliblər.
Həmin gün Binəqədi rayonu ərazisində yaşayan Yaqub Mehdiyevə məxsus 2 mərtəbəli evin birinci mərtəbəsindəki mətbəxdə təbii qazın sızmasından partlayış baş verib. Nəticədə mətbəxin konstruksiyalarına ziyan dəyib. Xəsarət almış Turanə Əlizadəyə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.