YAP MÜXALİFƏT PARTİYALARINI HESABAT VERMƏYƏ ÇAĞIRDI
Azərbaycanın hakim partiyası müxalifət partiyalarını maliyyə hesabatları təqdim etməyə çağırıb
06-02-2012 / 13:52
FaktXeber.com xəbər verir ki, Yeni Azərbaycan Partiyası müxalifət partiyalarını maliyyə hesabatları təqdim etməyə çağırıb.
"Azərbaycanın hakim partiyası hər il öz illik hesabatını, o cümlədən maliyyə hesabatını açıqlayır. Biz maliyyə hesabatını açqlamaqla siyasi partiyalara nümunə göstəririk. Müxalifət partiyaları da haradan maliyyələşdikləri ilə bağlı öz hesabatlarını göstərməlidirlər", - Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə açıqlamasında YAP- ın icra katibinin müavini Siyavuş Novruzov deyib.
İqtidar-müxalifət dialoquna toxunan Novruzov bildirib ki, YAP Azərbaycanın taleyi, ümumi məsələləri ilə bağlı dialoq aparmağa həmişə hazırdır.
"Siyasi partiya o demək deyil ki, düşmənçilik aparılmalıdır. Siyasi partiya dövlətin, hökumətin idarə edilməsində alternativ təkliflərini verməlidir. Yoxsa, bunların ancaq bir fikri var - nə olursa-olsun, Azərbaycanda gərgin vəziyyət yaransın və bunlar hakimiyyətə gəlsinlər. Bu, qeyri-konstruktiv mövqedir. YAP-ın parlamentdə təmsil olunan partiyalarla çox geniş əlaqələri var, birgə tədbirlərdə iştirak edir. Parlamentdə təmsil olunmayan müxalifət partiyalarında normal bir adama rast gəlmək olmur ki, onunla dialoq aparmaq mümkün olsun", - YAP rəsmisi əlavə edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.