ABŞ-ın 60 ŞƏHƏRİNDƏ İRANI MÜDAFİƏ AKSİYALARI KEÇİRİLİB - (Foto)
Oxşar aksiyalar Kanada və Türkiyədə də keçirlib
06-02-2012 / 13:16
FaktXeber.com-un “ABC” telekanalına istinadən verdiyi məlumata görə, şənbə günü Amerikanın 60-a yaxın şəhərində, insan haqları və anti-müharibə təşkilatlarının təşəbbüsü ilə ABŞ-ın İran əleyhinə siyasətlərinə etiraz olaraq aksiyalar keçirilib. 60 müxtəlif təşkilatın keçirdiyi bu aksiyalarda etirazçılar əllərində “İrana qarşı sanksiyaları dayandırın”, “İran əleyhinə müharibəyə yox!” və “İran əleyhinə terrorlara yox!” şüarları tutaraq ABŞ-ın təcavüzkar siyasətlərini pisləyiblər. Onlar həmçinin iranlı alimlərin terror olunmasını da pisləyiblər. Aksiyalar Nyu-york, Vaşınqton, Boston, Çikaqo, Filadelfiya, San Fransisko, Siyatel, Ditroyt, Atlanta və bu kimi digər şəhərlərdə keçirilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.