İordaniyanın qərb sahilində və Qəzza sektorunda seçkilərin keçirilməsi üçün Mahmud Abbas müvəqqəti hökumətə rəhbərlik edəcək
06-02-2012 / 12:57
Faktxeber.com-un verdiyi məlumata görə, HƏMAS və FƏTH İordaniyanın qərb sahilində və Qəzza sektorunda seçkilərin keçirilməsi üçün Mahmud Abbasın müvəqqəti hökumətə rəhbərlik etməsi barədə razılığa gəliblər.
Danışıqlar Qətərdə Fələstin Administrasiyasının başçısı Mahmud Abbasla HƏMAS lideri Xalid Məşəl arasında müzakirələrdən sonra baş tutub.
Bu gün onların növbəti görüşü keçiriləcək. Bundan sonra isə razılıq barədə rəsmi elan ediləcəyi gözlənilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.