AZƏRBAYCANDA YANACAQ DAŞIYAN YÜK QATARI QƏZAYA UĞRAYIB
Bakı-Batumi marşurutu ilə hərəkət edən qatar Hacıqabul ərazisində qəzaya uğrayıb
06-02-2012 / 12:31
FaktXeber.com xəbər verir ki, Bakı-Batumi marşurutu ilə hərəkət edən qatar Azərbaycanın Hacıqabul rayonu ərazisində qəzaya uğrayıb. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nın mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, hadisə bu gecə Bakıdan Gürcüstana neft məhsulları daşıyan yük qatarında baş verib. Hacıqabul stansiyasının yan yol ətrafında qəzaya uğrayan qatarın 57 vaqonundan 6-sı relsdən çıxıb və vaqonlardan 2-si aşıb.
N.Əzməmmədov bildirib ki, Qazaxıstana məxsus yük Batumiyə aparılırmış. Hadisə nəticəsində dağıntı və xəsarət alan olmayıb. Hazırda FHN əməkdaşları hadisə yerində çalışır və yaxın vaxtlada qatar yola salınacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.