Çinin Tibet vilayətində müstəqillik uğrunda mübarizə aparan üç nəfər özünü yandırıb.
FaktXeber.com-un verdiyi məlumata görə, tibetlilər etiraz aksiyalarını Çinin cənub-qərbindəki Qərbi Siçuhan bölgəsində həyata keçiriblər.
Sözügedən şəxslər uzun müddətdir Tibetin müstəqilliyi üçün mübarizə aparırmışlar.
ABŞ-da yerləşən "Free Asia" radiosunun bilirdiyinə görə, sözügedən üç nəfər aksiyadan əvvəl və aksiya zamanı Çin hökumətinin Tibet lideri Dalay Lamanın bölgəyə dönməsinə icazə verməsi çağırışını ediblər.
Sürgündə yaşayan tibetlilərin bildirdiyinə görə, özlərini yandıran üç fəaldan biri ölüb, ikisi isə ağır şəkildə yaralanıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.