Dünən ölkə çempionatlarında bir neçə derbi oyunlar baş tutub
06-02-2012 / 12:09
Faktxeber.com-un verdiyi məlumata görə, Avropada futbol üzrə ölkə çempionatlarında bir neçə derbi qarşılaşmaları olub: "Chelsea" 3:3 "Manchster United", "Fenerbahçe 2:0 "Beşiktaş", "Roma" 4:0 "İnter"
"Chelsea" 3:3 "Manchster United"
İngiltərə Premier Liqada "Chelsea" "Stamford Bridge"də çempionluğun güclü namizədlərindən "Manchester United"i qonaq edib. "Chelsea" 3-0 irəli keçdiyi oyunda Wayne Rooneyin və Hernandezin qollarına maneə ola bilməyib və qarşılaşma 3-3 hesabı ilə sona çatıb.
Bu nəticə ilə "Manchester United" xalını 55-ə, "Chelsea" isə 43-ə yüksəldib
"Fenerbahçe 2:0 "Beşiktaş"
Spor Toto Super Liqada derbi mübarizəsində "Fənərbaxça" "Şükrü Saracoğlu"nda Beşiktaşı qonaq edib. "Sarı göylülər" Yobo və Sowun vurduğu qollarla "Beşiktaş"ı 2-0 məğlub edib və 2012-ci ilin ilk derbisindən qalib ayrılıb.
"Fənərbaxça" bu qalibiyyətlə xalını 51-ə yüksəldib. Rəqib meydanından əli boş qayıdan və zirvə yarışında böyük bir zərbə alan "Beşiktaş" isə 45 xalda qalıb.
"Roma" 4:0 "İnter"
İtalya Serie A-da paytaxt klubu olan "Roma" öz evində "İnter"i qarşılayıb. Roma oyunun əvvəlindən sonuna kimi üstün olduğu matçda Juan, Borini və Krkicin qollarıyla 4-0 məğlub edib.
"Roma" bu qalibiyyətlə xalını 34-ə yüksəldərkən, meydandan əli boş qayıdan "İnter" 36 xalda qalıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.