Rusiya Federal İmmiqrant Xidməti 2011-ci ildə Rusiya əksəriyyəti MDB ölkələrindən olmaqla ümumilikdə 14 milyon immiqrant gəldiyi açıqlayıb
06-02-2012 / 12:00
FaktXeber.com Rusiya mətbuatına istinadən xəbər verir ki, İmmiqrant Xidməti rəhbəri Konstantin Romodanovski təşkil etdiyi mətbuat konfransında Rusiyaya gələn immiqrantların 9,7 milyonunun keçmiş Sovet ölkələrindən olduğunu söyləyib.
Araşdırmalara görə, immiqrant əhalinin 2,7 milyonu Ukraynadan, 2 milyonu Özbəkistandan, 1,5 milyonu Qazaxıstandan və 1 milyonu isəTacikistandan, Azərbaycan, Moldova, Qırğızıstan və Ermənistandan gələn immiqrantlardır.
Federal İmmiqrant Xidməti rəsmi internet saytında yayımlanan məlumata görə isə 2011-ci ildə Rusiyaya gələn immiqrantların sayı 14 milyon olub. 2011-də qaçaq yollarla ölkəyə 220 min immiqrant daxil olub. Bunlardan 76 mini könüllü olaraq ölkəni tərk edib. 29 min nəfər isə deportasiya edilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.