SURİYA XALQI RUSİYA VƏ ÇİNƏ TƏŞƏKKÜR ÜÇÜN KÜÇƏLƏRƏ ÇIXIBLAR
06-02-2012 / 12:00
FaktXeber.com-un Suriya mediasına istinadən verdiyi məlumata görə, xalq kütlələri bu gün də Rusiya və Çinin Suriyanı dəstəkləyən mövqelərinə təşəkkür məqsədiylə ölkənin müxtəlif şəhərlərində meydanlara çıxıblar.
Dəməşqin "Sebibahrat" və Süveyda şəhərindəki "Əbədi lider" meydanına toplaşan xalq kütlələri, Suriyanın daxili işlərinə qarşı hər cür xarici müdaxiləni rədd etdiyi üçün Rusiyaya və Çinə minnətdarlıqlarını səsləndiriblər.
Suriya bayrağı ilə birlikdə Rusiya və Çin bayraqlarını da dalğalandıran kütlələr orduya da təşəkkür və minnətdarlıqlarını göstərən şüarlar səsləndiriblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.