Ukraynada termometr -33 dərəcəni göstərir, soyuqdan donaraq ölənlərin sayı isə 130 nəfəri keçib
06-02-2012 / 11:53
Faktxeber.com-un verdiyi məlumata görə, Avropanın çox hissəsi qar ilə örtülüb və hələ də bu yerlərə xas olmayan aşağı temperaturun əsarətindədir.
Ukraynada termometr -33 dərəcəni göstərir, soyuqdan donaraq ölənlərin sayı isə 130 nəfəri keçib.
Bosniyada qar örtüyünə görə əlaqə kəsilmiş kəndlərə helikopterlərlə ərzaq daşınır.
Sarayeva da isə bütün nəqliyyat sistemi iflic olub.
Romaya 15 ildə yağılan qardan daha çox yağıntı düşüb.
Avropanın ən böyük aeroportu olan Britaniyanın «Hitrou»sunda bir çox reyslər təcxxirə düşüb, bir çoxları isə avtomagistralda gecəni keçirməyə məcbur olub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.