Ötən il Bakıda qeydə alınan 1102 yol qəzası zamanı 334 nəfər ölüb, 1108 nəfər xəsarət alıb
06-02-2012 / 11:33
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, qeydə alınan qəzaların 575-i (52 faizi) avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Həmin qəzalarda 207 nəfər ölüb, 485 nəfər xəsarət alıb.
Qeydə alınan ümumi hadisələrin 144-ü (51 ölüm, 205 xəsarət) ötmə, manevr qaydalarını pozma səbəbindən baş verib.
Videodakı görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb. Videokameraların lentə aldığı görüntülərdə taksi sürücülərinin avtoxuliqanlıq etdiyi müəyyənləşib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.