SƏNƏDLİ FİLMLƏRİ İLƏ DÜNYADA TANINAN MƏŞHUR REJİSSOR MAYKL DE QREYB AVİAQƏZADA HƏLAK OLUB
Ssenartis və prodüsser Endri Uaytn da olduğu helikopter uçuşdan dərhal sonra qəzaya uğrayıb
06-02-2012 / 11:28
Faktxeber.com-un verdiyi məlumata görə, sənədli filmləri ilə dünyada tanınan rejissor Maykl de Qreyb Avstraliyada aviaqəzada həlak olub.
Həmçinin ssenartis və prodüsser Endri Uaytn da olduğu helikopter uçuşdan dərhal sonra qəzaya uğrayıb.
Onların ölümü haqqında rəsmi məlumat isə cəsədlərin tanınmasından sonra verilib.
Maykl de Qrey okean həyatı haqqında çəkdiyi sənədli filmləri ilə məşhur idi. O, dəfələrlə nüfuzlu beynəlxalq festivalların mükafatına layiq görülüb, həmçinin BAFTA və Emmi mükafatının laureatı olub.
Rejissor BBC, «National Geographic» və «Public Broadcasting Service» kimi nəhəng kompaniyalarla əməkdaşlıq edirdi.
Maykl de Qreyb Ceyms Kameronun «Titanik» filmlərində aparılan sualtı çəkilişlərdə də iştirak edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.