GÖYƏRÇİNLƏR DƏ KİMİN SÜLHSEVƏR OLDUĞUNU DAHA YAXŞI BAŞA DÜŞÜR
06-02-2012 / 11:27
FaktXeber.com-un "Evronews"a istinadən verdiyi məlumata görə, katoliklərin lideri Papa XVI Benediktin sülh göyərçini uçmayaraq geri dönüb. Belə ki, Papa bazar ayinindən sonra sülh diləyi ilə ağ göyərçin uçurtmaq istəyib. Lakin quş uçmaqdan imtina edib. Səmaya atılan iki göyərçindən biri eyvana qonub, digəri isə içəri dönüb. XVI Benedikt onu əli ilə qovsa da göyərçin havaya qalxmayıb.
Yəqin ki, göyərçinlər də kimin daha çox sülhsevər olduğunu yaxşı başa düşürlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.