İLHAM ƏLİYEV ABŞ-IN DÖVLƏT KATİBİ HİLLARİ KLİNTONLA GÖRÜŞÜB
06-02-2012 / 11:13
FaktXeber.com-un verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev Münhendə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton ilə görüşüb.
Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunan görüşdə əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib. Azərbaycanın antiterror koalisiyasının tərkibində Əfqanıstandakı sülhyaratma əməliyyatlarında iştirakı yüksək qiymətləndirilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.