Son 10 gündə enerji blokunun daxilində temperatur 45 dərəcədən 71,7 dərəcəyədək yüksəlib
06-02-2012 / 11:10
FaktXeber.com-un məlumatına görə, fevralın 6-da “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) operatoru “Tokyo electric power Co.” (TEPKO) şirkəti AES-in ikinci enerji blokunda temperaturun yüksəlməsi barədə məlumat verib. Temperaturun artması reaktorun aşağı hissəsindəki üç ötürücüdən birində qeydə alınıb. Cihazların göstərdiyinə görə, son 10 gündə enerji blokunun daxilində temperatur 45 dərəcədən 71,7 dərəcəyədək yüksəlib.
Mütəxəssislərin bildirdiyinə görə, reaktorda temperatur dəyişikliyi soyutma sistemindəki boruların təmiri ilə bağlıdır. Belə ki, təmir zamanı enerji blokunun daxilində suyun dövriyyəsinin azalması temperaturun atmasına səbəb olub. Temperaturun yüksəlməsinin qarşısının alınması və 100 dərəcəlik norma çərçivəsində saxlanılması məqsədilə müvafiq işlər görülür.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.