Buna cavab olaraq sabiq lider gülümsünərək camaata əl edib
06-02-2012 / 10:54
Faktxeber.com-un verdiyi məlumata görə, Yəmənin sabiq rəhbəri Əli Abdullah Salehin Nyu-Yorkda qaldığı otelin qarşısına yığışan aksiyaçılardan biri prezidentə ayaqqabı atıb.
Lakin ayaqqabı hədəfə dəymir.
Buna cavab olaraq sabiq lider gülümsünərək camaata əl edir.
Etirazçılar Əli Abdullah Salehin kortejini saxlamaq istəsələr də polislər mane olub.
Rəsmi məlumatlara görə, Yəmənin sabiq prezidenti ABŞ-a müalicə almaq üçün gedib.
Xatırladaq ki, sabiq prezident hökuməti təhvil verməyin müqabilində məhkəmə istintaqından toxunulmazlıq hüququ alıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.