Müdafiə Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə, Azərbaycan Ordusu daha bir əsgərini itirib. Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Əsgər Əmiraslanov Mehman Əmiraslan oğlu tabeliyindəki avtomat silahdan atəş açaraq özünü öldürüb.
Qeyd edək ki, M. Əmiraslanov 2011-ci ildə Qaradağ Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Ordunun içində hələ də bu xalqa kin,nifrət bəsləyənlərin törəməli var.onların məqsədi ORDUNUN rüşeymi olan əsgərlərə zülm etmək,onların kişilik qürurunu sındırmaq,VƏTƏNƏ xidmətin bir BƏLA olduğunu Xalqa və övladlarına psixoloji olaraq yeritməkdir.Onlar aşkarlanıb təmizlənməyincə,bu bəla davam edəcəkdir.
Sual olunur: Xalq cumhuriyyəti dövründə yeni təşkil olunan orduda intihar,bir-birini güllələmə,və ya digər buna bənzər hallar niyə olmayıb?
A jurnalist adlananlar Siz həqiqətləri tədqiq etmək,xalqa edilən gizli düşmənçilik hərəkətlərini aşkar etmək əvəzinə İNTRİQALI yazılarla,artist və quşbeyin müğənnilərin reklamıynan az məşğul olsanız bəlkə "SİZ XALQA "xidmət edirsiniz deyə düşünmək olar.Orduda baş verənlər gizli qalmaz.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.