Haker qrupu Türkiyə qondarma məsələni tanımayana qədər rəsmi saytlara hücum edəcəyini bəyan edib
04-02-2012 / 17:38
FaktXeber.com-un verdiyi məlumata görə, ən təhlükəli haker qruplarından olan «Anonymous» Türkiyəni yenidən təhdid etməyə başlayıb. Hakerlər bu dəfə qondarma «erməni soyqırımı» ilə bağlı əməliyyata başlayacaqlarını bildiriblər. Onların yaydığı məlumata görə, Türkiyə qondarma məsələni tanımayana qədər rəsmi saytları hədəf alacaqlar.
Haker qrupu Türkiyə ilə yanaşı, ABŞ-ı da təhdid edib. Onlar bildiriblər ki, qondarma məsələni tanımaq üçün Amerikanın da 1 il vaxtı var.
Anonymous» haker qrupu 25 yanvar tarixli videomüraciətini ötən gün YouTubedə yayımlayıb. «Operation Armenian Genocide» («Erməni Soyqırımı Əmliyyatı») adlı həmin videoda türklərə qarşı ittihamlar irəli sürülüb. «1915-ci ildə türklər milyonlarla erməni öldürdü. İndi bu cinayətlərinizin əvəzini ödəməlisiz. Aralarında uşaq və qadınlar da olduğu 2 milyon insan türklər tərəfindən öldürüldü və siz hələ də soyqırım olmayıb deyirsiz. Fransaya qarşı etirazlarınız işə yaramayacaq. Fransa yüzlərlə tarixçinin dəstəklədiyi qanunu qəbul edəcək. Avropa Birliyinə qatılmadınız və heç vaxt da qoşula bilməyəcəksiniz. Bu sizə bir xəbərdarlıqdır. Soyqırımı tanıyana qədər türk hökumətinin bütün internet saytlarını hədəfə alırıq».
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.