TANER YILDIZ: TÜRKİYƏ İLƏ İRAN MÜNASİBƏTLƏRİ SON DƏRƏCƏ SƏMİMİDİR
İran ilə Türkiyə münasibətləri arbitrajla məhdudlaşdırıla bilməyəcək. Bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız deyib
04-02-2012 / 17:22
Jurnalistlərə açıqlama verən Taner Yıldız, təbii qazın qiymətinin beynəlxalq qiymətlərlə eyni olduğunu bildirib. Türkiyə ilə İran arasındakı münasibətlərin son dərəcə səmimi və ticarətə əsaslanan əlaqələr olduğuna işarə edən Yıldız deyib: "İran ilə Türkiyə münasibətləri arbitrajla məhdudlaşdırıla bilməyəcək. Amma bunu da diqqətə almaq lazımdır. Arbitraj Məhkəməsində beynəlxalq hakim heyətin verəcəyi qərar hər iki ölkənin də qəbul edəcəyi qərar olacaq".
Bu prosesin iki ölkə arasındakı əlaqələrə zərər verməyəcəyini söyləyən nazir vurğulayıb: "Bu, ticarət məsələsidir. Ölkəmin və vətəndaşların haqqını milli və beynəlxalq arenada qorumaq məcburiyyətindəyəm. Bunu ön plana çıxarmağa məcburam".
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.