ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
İSA QƏMBƏRİN MÜAVİNLƏRİ AZAD EDİLDİ | QARABAĞ BLOKUNDAN İCTİMAİ PALATAYA DƏSTƏK | NİCAT ƏLİYEVİN ANASI BAŞ PROKURORA MÜRACİƏT EDİB | YUNANISTANIN BÖHRAN TALEYİ | BMT TŞ ARTIQ TÜKƏNİB VƏ ÖZ TAPŞIRIQLARINI YERİNƏ YETRƏ BİLMİR | YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK" | İCTİMAİ PALATANIN AKSİYASINDAN VİDEOGÖRÜNTÜ | RÖVŞƏN AĞAYEV | BİLGƏH-NOVXANI-SUMQAYIT YOLUNUN ÇƏKİLİŞİNƏ BAŞLANILIB | JURNALİST ANAR BAYRAMLININ NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB |

Foto Xəbər
ƏRƏBSARANIN MÖHTƏŞƏM MƏNZƏRƏLƏRİ İNSANI HEYRAN EDİR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞA BİLƏR

Rövşən Ağayev: "Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiym<

"NATO-nun AZƏRBAYCANI DƏSTƏKLƏMƏSİ MÜNAQİŞƏNİ HƏLL ETMƏYƏCƏK"

Elxan Şahinoğlu NATO-nun yekun bəyanatındakı bənddən danışdı

BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ

Cümə axşamı dərc olunan qəzetlərdən çıxarışlar

TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU

"Tədbirin əhəmiyyətindən daha çox onların müsbət obrazının cəmiyyətə təqdim olunması etik-siyasi baxımdan düzg

BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ

Əli Kərimli: "Bizim istəyimiz azad seçkilərə yiyələnmək, ölkəni idarə edən avtoritar rejimin demokratik sistemlə əvəz ol

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

n SADƏ VƏTƏNDAŞLAR DA HƏBS EDİLİR
n İTV-nin QARŞISINDAN FOTOREPORTAJ
n 3 YAŞLI UŞAĞIN MACƏRASI
n BAKINI NƏ QƏDƏR PULA KÖÇÜRMƏK OLAR?
n İSA QƏMBƏRİN MÜAVİNLƏRİ HƏBS EDİLDİ
n İTV ƏTRAFINDA GƏRGİNLİK DAVAM EDİR
n YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK"
n ƏLİ HƏSƏNOV ƏLİ ƏKBƏR SALEHİNİN AÇIQLAMASINA MÜNASİBƏT BİLDİRDİ
n KURTLAR VADİSİNİN "LALƏ ZARA"SINA 10 İL HƏBS CƏZASI VERİLDİ

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 
 
 
İSLAM MƏZHƏBLƏRİ ARASINDA DİALOQ VƏ YAXINLAŞMA - VƏHDƏT HƏFTƏSİ
 
 
Bu il 5-10 fevral tarixində dünya müsəlmanları "Vəhdət Həftəsini" qeyd edir. Bunula əlaqədar olaraq fəlsəfə elmləri doktoru Elşən Mustafaoğlunun dəyərli fikirlərini sizlərə təqdim edirik


04-02-2012 / 16:40


Qloballaşan və yaxınlaşan dünyamız

Müasir dünyamızda dinlər, mədəniyyətlər, toplumlar arası dialoq ən aktual problemlərdən hesab edilməkdədir. Bu mövzuda dünyanın müxtəlif nöqtələrində çoxlu sayda konfranslar, seminarlar təşkil edilir, bir çox elmi əsərlər, məqalələr qələmə alınır. Dinlərin, mədəniyyətlərin biri-birlərinə qarşı dözümlülüyə bu qədər ehtiyac hiss etmələrinin bir çox səbəbləri vardır. Belə ki, müxtəlif xalqların və mədəniyyətlərin yaxınlaşması, heç şübhəsiz ki, günümüzün reallığıdır.
Bu proseslərin fonunda, müxtəlif dinlərin və mədəniyyətlərin bir-biri ilə münasibətdə dialoq və tolerantlığa çağrıldığı bir zamanda birlik və bərabərliyə müsəlmanların daha çox ehtiyacı var. Axı müsəlmanlar arasında da obyektiv və subyektiv səbəblərdən ortaya çıxmış müxtəlif problemlər vardır ki, bunlar da əksər hallarda məzhəbi xarakter daşıyır.
Məlum olduğu kimi, məzhəblərin formalaşmasının İslam dünyasında yüz illərlə ölçüləcək tarixi vardır. İslamın düşüncəyə verdiyi önəm və İslamdakı ictihad fəaliyyətləri sahəsinin genişliyi müxtəlif xalqlar və coğrafiyalara yayıldığı zaman fərqli məzhəb və cərəyanların ortaya çıxmasına zəmin yaratmışdır. Bu baxımdan məzhəblərin, müxtəlif cərəyanların varlığını təbii bir hal kimi səciyyələndirmək mümkündür. Lakin heç şübhəsiz ki, qeyd etdiyimiz bu səbəb yeganə səbəb deyildir. Zaman-zaman İslami toplumlarda müxtəlif siyasi iradələrin təzahürü də bu və ya digər cərəyanın formalaşmasına və ya həmin cəmiyyətdə möhkəmlənməsinə səbəb olmuşdur.

Parçalanmış ümmət

Çağdaş zəmanəmizdə İslam dünyasına hakim olan şəraitlə yaxından tanış olan hər kəsə bəllidir ki, hal-hazırda faktiki olaraq “vahid İslam ümməti” anlayışı yalnız sözdə olan şüar kimi səslənməkdə, həqiqətdə isə müsəlman xalqları, müsəlman cəmiyyətləri “ümmətlər” şəklində, parça-parça olub bölünmüş vəziyyətə düşmüşlər. Müsəlman cəmiyyətində həqiqi İslam dəyərlərinin zəifləməsi və mənəvi həyatı bürüyən böhran bütövlükdə cəmiyyətə, onun ayrı-ayrı sahələrinə sirayət etmiş, inkişafının qarşısını almış, hətta tənəzzülə sürükləmişdir. Daxili çəkişmələrdən məharətlə istifadə edən müəyyən dairələr tarix boyu regionu öz caynağı altına almağa imkan əldə etmiş, müsəlman xalqlarını müflis vəziyyətə salmışlar. Bütün bu proseslərdə isə “Parçala, hökm sür!” siyasəti uğurla həyata keçə bilmişdir.

İlahidən vəhdət çağırışı

İslam ümmətinin vəhdəti istiqamətində məzhəblərarası yaxınlaşma, birliyə nail olma ilk növbədə Allah-Təala tərəfindən bizlərə buyrulmuş və İslam dininin müqəddəs Kitabı olan Qurani-Kərimdə təsbit edilmiş bir hökmdür. Allah-Təala buyurur:
“Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!” (Ənfal surəsi, ayə 46)
“(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini xəbər verəcəkdir!” (Ənam surəsi, ayə 159).
Həqiqətən də, ayələrdə vurğulandığı kimi, tarixin bir dönəmində müsəlmanlar bir-birindən ayrılaraq ixtilaf törədən şəxslərə dönmüş və böyük əzaba düçar olmuşlar. Doğrudan da, onlar bir-birilə çəkişib zəifləmiş və gücdən düşmüşlər. Düşmən də fürsətdən məharətlə istifadə edərək onların, özləri də daxil olmaqla, bütün məmləkətlərini parçalamış və onlar üzərində qələbə çalmağa müvəffəq olmuşdur. Belə bir şəraitdə öz mənəvi dəyərlərinə sadiq olan müsəlmanları heç şübhəsiz ki, bu faciəvi vəziyyət düşündürməyə bilməz.

Bütün bəşəriyyətin vəhdətinə doğru...

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, dinin qarşısına qoyduğu başlıca vəzifələrdən biri də nəinki müsəlmanları, hətta bütövlükdə insanları bir-birinə yaxınlaşdırmaq, onlar arasında qırılmaz mənəvi tellər, mehriban və səmimi ünsiyyət qurmağa şərait yaratmaqdan ibarətdir. İslamın hələ 14 əsr öncə kitab əhlinə – yəhudi və xristianlara müraciət edərək onları dialoqa, qarşılıqlı anlaşma və əməkdaşlığa dəvət etməsi və bunun ilahi vəhylər toplusu olan Qurani-Kərimdə bəyan edilməsi dediyimizə ən bariz sübutdur. Dinimiz hər bir mədəniyyəti insanlığın ümumi prinsipləpinə xidmət etdiyi müddətcə bəşəriyyətin ümumi sərvəti hesab edir və ona hörmətlə yanaşır. Beləliklə, Qurani-Kərim toplumlararası dialoqun ilkin layihəsini bu şəkildə irəli sürmüşdür:
"De ki, ey Kitab Əhli! Sizinlə bizim aramızda bərabər olan bir kəlməyə tərəf gəlin! (O kəlmə budur:) Allahdan başqasına ibadət etməyək. Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!…" (Ali-İmran surəsi, ayə 64).
İslamın yaxınlaşma və birlik çağırışının qeyri-müsəlmanlara belə ünvanladığı bir halda, müsəlmanların bir-birindən uzaqlaşmasını necə anlamaq olar? Bunları vurğulamaqdan məqsədimiz gözümüz önündə baş verən hadisələrə daha açıq gözlə baxmaq, eləcə də cəmiyyətimizdə müxtəlif məzhəbləri təmsil edən dindarlar arasında yaxınlaşmanın, sıx və səmimi birliyin yaranmasının zərurətini vurğulamaqdır.

Birliyimizə ehtiyac

Nə üçün biz məzhəblərarası dialoqun başlamasına və ya bunun gündəmə gəlməsinə çalışır və bu kontekstdə müsəlmanların fəallaşmasının tərəfdarı kimi çıxış edirik? Bizcə, bunun üç əsas səbəbi var:
1. Artıq yuxarıda da qeyd etdiyimiz kimi, hər şeydən öncə bu bizim dinimizin tələbidir. İlahi vəhylə təsbit olunmuş bu tələbin yerinə yetirilməsi hər birimizin üzərinə düşən ilahi bir vəzifədir.
2. Məzhəblərarası yaxınlaşma milli birliyimizin tərkib hissəsidir. Azərbaycan bizim hamımızın Vətənidir. Azərbaycan dövləti bizim hamımıza məxsus Allahın neməti, ümumi sərvətimizdir. Bu bir faktdır ki, İslam dini biz azərbaycanlıları bir millət kimi formalaşdıran, özünəməxsus edən əsas ünsürlərdən olmuşdur. Mənəvi dəyərlərimiz, mədəniyyətimiz, incəsənətimiz, ədəbiyyatımız, təfəkkür tərzimiz, hətta musiqimiz belə həmişə ondan təsirlənmişdir. Bir sözlə, tariximizi, mədəniyyətimizi, bütövlükdə milli varlığımızı İslamdan ayrı təsəvvür etmək qeyri-mümkündür. Belə ki, hər bir millət kimi, biz azərbaycanlıları da tarix və mədəniyyətimizdən ayrı təsəvvür etmək mümkün deyil. Əlbəttə, bu zaman mömin vətəndaşların bir-birinə arxa çevirmiş vəziyyətdə olması milli birliyin bərqərar olmasına, vətəndaş birliyinə kölgə salacaq amildir. Qurani-Kərimdə “Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizlə düşmən ikən, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənarında ikən, O sizi oradan xilas etdi.” (Ali-İmran surəsi, ayə 103) buyurulmaqla dinin cəmiyyəti birləşdirici, qardaşlaşdırıcı missiyasına işarə edilməkdədir. Din - birləşdirici faktordur! Onu parçalanma üçün vasitə etmək Allah qarşısında ən böyük günahlardandır.
Azərbaycanımızın və ümumilikdə İslamın düşmənləri çox hiyləgər və məkrlidirlər. Bizlər daim nəzərə almalıyıq ki, möminlərin məzhəbçilik təəssübü və bir-birinə arxa çevirməkdə israrı onlar üçün lazım gəldiyi an istifadə edəcəkləri vasitədir. Bu cəhətdən məzhəblərarası dialoqsuzluq təkcə möminlərin deyil, bütövlükdə cəmiyyətin problemidir. Bu gün cəmiyyətimizdə məzhəbi problemin qabarıq nəzərə çarpmaması heç kimi rahatlatmamalıdır. Anti-İslam və anti-Azərbaycan dairələrinin bu yöndə fəaliyyətdə olan institutları və onların təcrübələri belə münaqişələri törətməkdə mahirdirlər. Bu gün birliyə doğru atacağımız addım, bir-birimizi dinləmə və ən əsası birgə fəaliyyət üçün qəbul etmə belə niyyətlərin qarşısını alacaq ən böyük addımdır.
Dinimizin millətin köksündə əsrlərlə ölçüləcək dərinliklərə işləmiş köklərini çıxarıb atmaq qeyri-mümkündür. Bəli, möminlər toplumun islahediciləri olaraq bir çox problemlərin həllində ön sıralarda yer almalıdırlar. Bu gün irəli sürdüyümüz bu yaxınlaşma çağırışı o günlərə doğru atılmış bir addımdır.
3. Müsəlmanların qlobal vəziyyəti.
Müxtəlif məzhəbləri təmsil edən müsəlmanlar heç şübhəsiz bu ümmətin ayrılmaz bir parçasıdırlar. Beynəlxalq aləmdə baş verən və əsasən İslam dünyası üzərində cərəyan edən hadisələrin bizlərə də təsiri vardır. Çünki bu proseslər tək bir millətə və ya coğrafi məkana deyil, bütöv bir mədəniyyətə ünvanlanmışdır. Bu gün milliyyətçilik də, kommunizm də, digər idiologiyalar da müasir texnologiyalarla təchiz edilmiş və zahirən bəzədilmiş hegemon güc mərkəzləri qarşısında çökmüşlər. Onlar artıq mübarizəni dayandırmışlar. İndi isə məqsədyönlü şəkildə hər bir vəchlə qarşılarında maneə kimi səciyyələndirdikləri müqəddəs, saf, humanist və ülvi dinimizi qaralamaqda, onun haqda mənfi imic formalaşdırmaqda, fanatizm və terrorla eyniləşdirməkdədirlər. Ümmət olaraq üzərimizə yeriyən, torpaqlarımızı işğal edən, yeraltı və yerüstü təbii sərvətlərimizi talayıb aparan, mədəniyyətimizi alt-üst etməyə çalışan şər maşınına qarşı parçalanmış və zəiflədilmiş halda sinə gərmək mümkün deyil. Allah-Təala buyurur:
“Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Ancaq kafirlərə xoş gəlməsə də Allah öz nurunu tamamlayacaqdır.” (Saff surəsi, ayə 8).
Bu gün kafirlərin söndürmək istədikləri nur sünnili, şiəli, ərəbli, türklü, farslı hamımızın sahib çıxmalı olduğu nurdur. Bu gün həm millət, həm ümmət olaraq işğalla üzüzəyik. Bizə bu hücum alternativ bir mədəniyyətə və düşüncə sisteminə malik olduğumuz səbəbilədir. Bizlər yalnız haqsızlıqlar qarşısında səylərimizi birləşdirdiyimiz zaman onun fəsadlarından qoruna bilərik. Azərbaycan möminlərinin ümmətin bir parçası kimi bu gün atacaqları yaxınlaşma addımları əslində bütün İslam aləmində bu yöndəki fəaliyyətlərin ayrılmaz bir hissəsi olacaqdır.
Beləliklə, bizlər bu gün çox dəqiqliklə həmrəyliyimizin mexanizmini hazırlamağa, ərsəyə çıxarmağa səy göstərməliyik. Əvvəla, qəbul etməliyik ki, müxtəlif məzhəblərin ardıcılları bir-biri barəsində kifayət qədər məlumatsızdırlar və ya bir çox hallarda yanlış məlumatlara sahibdirlər. Bir tərəfin ixtilaflı məsələsi qarşı tərəfdən həddindən artıq şişirdilərək qəbul edilmişdir. Bu qəbildən olan problemlərin həlli üçün tərəflər bir-birlərini yaxşı tanımalıdırlar. Digər əsas məsələ isə budur ki, fikir mübadilələri zamanı tərəflər söyüş və təhqir psixologiyasını tamamilə tərk etməli, səmimi şəraitdə bəhs etməlidirlər. Qarşı tərəfin hörmət etdiyi şəxslər haqqında təhqiredici ifadələr işlətməməli, biri digərini "rafizi", "nasibi" kimi adlarla adlandırmamalı, səmimi olaraq özünü müsəlman sayan birisini kafirlikdə suçlamamalıdır. Üstəlik, dini xarakterli hər hansı bir fikir ayrılığı yalnız və yalnız dərin biliyə malik olan alim və mütəxəssislərin fikir mübadiləsinin mövzusu ola bilər. Onlar da elmi bir bəhs olaraq qardaşyana, səmimilik və doğmalıq şəraitində oturub istənilən mövzuda araşdırmalar apara, öz görüşlərini irəli sürə bilərlər. Belə olduqda adi dindarlar arasında mənasız çəkişmələrə, sonu olmayan mübahisələrə birdəfəlik son qoymuş olarıq.

Vəhdət konsepsiyası

Yuxarıda qeyd etdiklərimiz bu prosesə başlarkən nəzərə alacağımız ilkin konturlardır. Biz isə ilk addım olaraq ümumi müddəaları aşağıdakı formada təsəvvür edirik:
1. Müxtəlif cərəyanları təmsil edən müsəlmanlar bir-birlərini müsəlman və iman əhli olaraq qəbul etməli, “Həqiqətən iman gətirmişlər qardaşdır!” – buyruğundan irəli gələrək bir-birini qardaş və vahid İslam ümmətinin ayrılmaz hissəsi saymalıdır.
2. Ümumi vətənimiz olan Azərbaycanda İslamın layiq olduğu mövqeyə gətirilməsi hamımızın ümumi vəzifəmiz olduğu daim nəzərə alınmalı və bu yöndə birgə əməkdaşlığa qərar verilməlidir.
3. İttifaq edilən əqidəvi və fiqhi məsələlərdə sıx əməkdaşlığa başlanmalıdır.
4. İxtilaf edilən məsələlərdə dialoq tək yol olaraq qəbul edilməli, belə məsələlər dərin dini biliklərə sahib şəxslərin öhdəsinə buraxılmalıdır.
5. Qarşı tərəfin əqidəvi, fiqhi və ya digər xarakterli ixtilaflı məsələlərinə ancaq onun mənbələrindən cavab aranmalıdır.
6. Hər hansı bir mömin qardaşımızın bu və ya digər məzhəbi seçib qəbul etməsi normal qarşılanmalıdır.
7. Müsəlmanlar arasında birlik və bərabərlik, məzhəblərarası yaxınlaşma və bu kimi digər mövzulu tədbirlərin, görüşlərin birgə keçirilməsi nəzərdə tutulmalı, bu yönlü elmi məqalə və əsərlərin yazılmasına təşviq edilməlidir.
Əlbəttə, bütün bu təklif etdiyimiz maddələr bizim subyektiv qənaətimizin məhsuludur. İnşallah, bir araya gəlindiyi vaxt bu prinsiplər daha da dərinləşəcək və təkmilləşəcəkdir.
Bir daha qeyd edək ki, dialoq və yaxınlaşma insanın öz inandığı həqiqətlərdən vaz keçməsi deyil. Bu sadəcə olaraq təəssübün inkarı, ortaq prinsipləri və birləşdirici nöqtələri görmə bacarığıdır. Mənsublarının parçalanmış və təfriqə içərisində olmasını qəbul etməyəcək mənada dinimiz vəhdət dinidir. Üzləşmiş olduğumuz ictimai vəziyyət və daha geniş götürsək, qlobal proseslər bizlərə bu birliyi zəruri və təxirəsalınmaz etməkdədir. Zənnimizcə, bu barədə düşünməyin vaxtı çatmışdır...

Elşən Mustafaoğlu,
fəlsəfə doktoru

 

Şərh et

Çap variantı

Rəylər

Əsas bölmədəki digər xəbərlər.

n

23/05/2012 - 09:58 3 AYLAR DAXİL OLDU

n

23/05/2012 - 09:52 BU GÜN İMAM MƏHƏMMƏD BAQİR (Ə)-IN DOĞUM GÜNÜDÜR

n

18/05/2012 - 14:22 KADIROV QROZNIDA QURAN HAFİZİ MƏKTƏBİ AÇDI

n

14/05/2012 - 16:24 İRANDA OXUYAN AZƏRBAYCANLI TƏLƏBƏLƏR BƏYANAT YAYDILAR

n

14/05/2012 - 10:16 İLAHİYYATÇI ALİM DİNİ KOMİTƏ SƏDRİNİN İDDİALARINI ALT-ÜST ETDİ

n

12/05/2012 - 15:52 NARDARANDA PEYĞƏMBƏR QIZININ MÖVLUDU QEYD OLUNDU

n

12/05/2012 - 15:32 BU GÜN İKİ DÜNYA XANIMI - FATİMEYİ ZƏHRA (S)-NIN MÖVLUDUDUR

n

10/05/2012 - 11:35 AZƏRBAYCAN İSLAM PARTİYASI MÖVLUD TƏDBİRİ KEÇİRDİ

n

09/05/2012 - 11:56 TÜRKİYƏDƏ RƏSMİ DİNİ TELEVİZİYA ÜÇÜN PROTOKOL İMZALANDI

n

03/05/2012 - 14:44 KILIÇDAROĞLUNUN PARTİYASINDAN MƏSCİDLƏRƏ SSRİ YANAŞMASI

n

02/05/2012 - 16:34 QƏRBİN CAVAB TAPA BİLMƏDİYİ SUALLAR

n

28/04/2012 - 13:33 AŞKARDA ŞEYTANA LƏNƏT EDİB, GİZLİNDƏ ONA İTAƏT ETMƏYƏK

n

23/04/2012 - 11:19 KİLSƏYƏ TƏHQİR RUSİYANI AYAĞA QALDIRDI

n

20/04/2012 - 17:44 2030-cu İLDƏ İNGİLTƏRƏDƏ XRİSTİANLIQ AZLIQDA QALACAQ

n

05/04/2012 - 16:16 TÜRKİYƏDƏ MƏSCİD İMAMINA CİNAYƏT İŞİ AÇILDI

n

05/04/2012 - 12:05 BU GÜN XANIM FATİMƏNİN (S.Ə) ŞƏHADƏT GÜNÜDÜR

n

03/04/2012 - 11:31 PEYĞƏMBƏRİ TƏHQİR EDƏN VƏHHABİ MÜFTİSİ TÖVBƏ EDİB

n

02/04/2012 - 10:05 QURANIN AZƏRBAYCAN DİLİNDƏ TƏRCÜMƏSİNİN ELEKTRON VERSİYASI HAZIRLANIB

n

31/03/2012 - 18:54 QƏFLƏT İÇİNDƏ OYNAYIB ƏYLƏNMƏYƏK

n

28/03/2012 - 10:04 BU DÜNYANIN SEVİNCİ

n

16/03/2012 - 15:04 RUSİYANIN ƏN UCQAR NÖQTƏSİNDƏ YERLƏŞƏN NORİLSK ŞƏHƏR MƏSCİDİ "GUİNNES"Ə DÜŞDÜ

n

14/03/2012 - 16:40 MƏSCİDLƏR KİMİN TABEÇİLİYİNDƏ OLMALIDIR: QMİ-nin, YA BƏLƏDİYYƏLƏRİN?

n

13/03/2012 - 09:51 RƏHMƏT YAĞIŞI

n

09/03/2012 - 13:48 FÜRSƏT, BU FÜRSƏT

n

09/03/2012 - 09:57 ARZULADIĞIN ZİRVƏ SƏNİ GÖZLƏYİR

n

05/03/2012 - 11:57 BÖYÜK DÜŞÜNMƏYİN SİRRİ

n

24/02/2012 - 12:19 1500 YAŞI OLAN KİTABIN "BARNABA İNCİLİ" OLDUĞU BİLDİRİLİR

n

18/02/2012 - 22:55 BAŞ BƏLASI

n

15/02/2012 - 13:10 MƏŞHUR AKTYOR VƏ SSENARİST İSLAMI SEÇDİ

n

13/02/2012 - 16:22 "YOX! İCAZƏ VERİN ÖZÜM İŞLƏYİM"

n

13/02/2012 - 14:33 14 FEVRAL - "AĞILDAN KƏMLƏRİN BAYRAMI" VƏ YA "ƏXLAQSIZLIĞIN SON GECƏSİ"

n

11/02/2012 - 18:24 AİP QADINLAR ŞURASI HƏZRƏT MƏHƏMMƏDİN MÖVLUDUNU QEYD ETDİ

n

11/02/2012 - 15:02 GÜRCÜSTANDA HƏZRƏT MƏHƏMMƏD PEYĞƏMBƏRİN (S) MÖVLUDU QEYD EDİLDİ

n

// - BU GÜN ƏZİZ İSLAM PEYĞƏMBƏRİNİN DOĞUM GÜNÜDÜR

n

04/02/2012 - 16:40 İSLAM MƏZHƏBLƏRİ ARASINDA DİALOQ VƏ YAXINLAŞMA - VƏHDƏT HƏFTƏSİ

n

01/02/2012 - 13:33 İNSANIN ÖLÜM ANINDA ƏN ÇOX PEŞMAN OLDUĞU 5 MƏQAM

n

28/01/2012 - 13:30 İSLAM AĞALAR MƏMMƏDOVA ŞÖHRƏT GƏTİRDİYİ VAXT....

n

26/01/2012 - 10:59 AZANDAN TƏSİRLƏNİB MÜSƏLMAN OLMAĞA QƏRAR VERDİ

n

24/01/2012 - 11:39 BU GÜN İMAM RZANIN (Ə) ŞƏHADƏT GÜNÜDÜR

n

18/01/2012 - 11:14 GÜRCÜSTANIN MARNEULİ ŞƏHƏRİNDƏ ZİYARƏTGAH BƏRPA OLUNUB

n

11/01/2012 - 16:35 1964-2011-Cİ İLLƏRDƏ DÜNYADA HİCAB QADAĞASININ XRONOLOGİYASI

n

10/01/2012 - 15:55 ŞİZOFRENİYA

n

26/12/2011 - 14:59 FRANSADAN MÜSƏLMANLARA QARŞI ÇİRKİN ADDIM

n

26/12/2011 - 12:23 BAKIDA DİNDARLARIN İBADƏT EVİ BAĞLANILDI

n

24/12/2011 - 10:59 EVLƏRDƏN DİNİ ƏDƏBİYYAT YIĞIŞDIRILIR

n

20/12/2011 - 12:34 SEYİD FƏRAMİZİN NİFRİNİ HAL ŞAHİDİNİ TUTDU

n

19/12/2011 - 17:10 ÖLKƏDƏ HƏYACAN TƏBİLİ ÇALINMALIDIR!!!

n

17/12/2011 - 12:46 KARLARA XÜSUSİ XÜTBƏ XİDMƏTİ

n

16/12/2011 - 15:48 QMİ DİNİ QADAĞALAR QARŞISINDA NİYƏ SUSUR?

n

16/12/2011 - 12:38 YUNANLARDAN AZANA ÇİRKİN MÜDAXİLƏ

n

14/12/2011 - 20:49 BAŞQALARINA ÖYRƏDİB, ÖZÜMÜZ MƏHRUM OLDUQ

n

12/12/2011 - 17:55 İSRAİL QÜDSDƏKİ MÜQƏDDƏS MƏSCİDƏ GİRİŞİ YASAQLAYIB

n

12/12/2011 - 16:48 MƏKKƏ GENİŞLƏNDİRİLİR

n

06/12/2011 - 17:00 KƏRBƏLAYA REKORD SAYDA ZƏVVAR TOPLANIB

n

06/12/2011 - 10:38 GÜRCUSTANDA MÖHTƏŞƏM TASUA YÜRÜŞÜ

n

06/12/2011 - 09:30 BU GÜN AŞURADIR

n

05/12/2011 - 13:41 MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ AŞURA HAQQINDA

n

03/12/2011 - 15:46 İLAHİYYATÇI ALİM ŞEYXİN İDDİALARINA CAVAB VERDİ

n

28/11/2011 - 12:26 TÜRKİYƏ RƏSMƏN MƏHƏRRƏMLİK AYINI MATƏM AYI ELAN ETDİ

n

21/11/2011 - 16:07 RUSLARIN MÜSƏLMAN QEYRƏTİ, İSLAM SEVGİSİ

n

18/11/2011 - 10:50 CƏMİYYƏTİN İNKİŞAFININ KÖKÜNDƏ NƏ DAYANIR?

n

15/11/2011 - 16:27 İSLAM PEYĞƏMBƏRİNİN HƏDİSLƏRİ AVROPA KÜÇƏLƏRİNDƏ

n

15/11/2011 - 10:36 BU GÜN QƏDİR-XUM BAYRAMIDIR

n

09/11/2011 - 14:10 AZƏRBAYCAN SƏFİRİ İRANDA MÜCTƏHİDLƏRLƏ GÖRÜŞÜB

n

04/11/2011 - 10:51 BU GÜN İMAM MƏHƏMMƏD BAQİRİN (Ə) ŞƏHADƏT GÜNÜDÜR

n

02/11/2011 - 12:15 ALLAHIN LƏNƏTİNİ YOX, RƏHMƏTİNİ QAZANIN!

n

02/11/2011 - 10:08 MİSİR MÜFTİSİ BÜTÜN DÜNYANI HEYRƏTLƏNDİRDİ

n

31/10/2011 - 17:31 DÜŞÜNCƏ FƏRQLİLİYİ

n

25/10/2011 - 08:57 QAFQAZIN DİNİ LİDERLƏRİ İRƏVANA TOPLAŞACAQ

n

24/10/2011 - 09:18 AZƏRBAYCANDAN İKİNCİ HƏCC KARVANI YOLA DÜŞDÜ

n

21/10/2011 - 10:00 DÜNYADA İLK DƏFƏ. BUZDAN MƏSCİD TİKİLƏCƏK

n

14/10/2011 - 13:04 EVDAR QADIN OLMAQ İSTƏYİRƏM! EŞİDƏN YOXDUMU!

n

07/10/2011 - 17:20 ORTA ASİYANIN ƏN BÖYÜK MƏSCİDİ TİKİLƏCƏK

n

24/09/2011 - 12:21 HƏR CÜMƏ NAMAZ QILDIRAN DÖVLƏT BAŞÇISI

n

20/09/2011 - 18:38 BİZƏ QEYRƏTSİZLİK AŞILAYIRLAR

n

24/08/2011 - 17:27 İSLAMI QƏBUL EDƏN MƏŞHUR ULDUZLAR

n

23/08/2011 - 16:55 GÜRCÜSTAN AZƏRBAYCANLILARI GMİ-yə QARŞI

n

22/08/2011 - 15:08 TÜRKİYƏDƏ İFTAR TEZ AÇILIR, NAMAZ ERKƏN QILINIR

n

20/08/2011 - 15:16 BÖYÜKLƏRİMİZƏ NİYƏ VAXT AYIRA BİLMİRİK?!

n

19/08/2011 - 18:14 ALÇALDICI SUALLARA MƏHŞURLARIN CAVABI

n

12/08/2011 - 18:00 GÜRCÜSTAN DİNDARLARININ ÜGMİ-yə EİRAZLARI VAR

n

08/08/2011 - 16:18 İSLAMIN İNTELEKTUAL İNSANLARA MESAJI

n

05/08/2011 - 15:13 DUA ETMƏYİN 10 QAYDASI

n

04/08/2011 - 16:31 DİN İFTİRAÇILARNIN ARXASINDA KİM DURUR?

n

03/08/2011 - 19:28 ATEİST İFTİRALARINA CAVAB

n

02/08/2011 - 16:20 FTB İSLAMI ÖYRƏNİR

n

29/07/2011 - 12:14 TERRORÇUYA TERRORÇU DEMƏYƏ ÇƏKİNƏN QƏRB

n

28/07/2011 - 15:48 DÜNYANIN ƏN BÖYÜK TORPAQ MƏSCİDİ

n

13/07/2011 - 12:51 AVSTRALİYADA İSLAM MUZEYİ AÇILACAQ

n

12/07/2011 - 12:51 XRİSTİAN PREZİDENTİN OĞLU MÜSƏLMAN OLDU

n

07/07/2011 - 15:42 "MƏNƏVİYYATSIZLIĞIN BAİSKARI HAKİMİYYƏTDİR"

n

06/07/2011 - 17:41 MİLLİ MENTALİTETİMİZ AVROPAYA İNTEQRASİYA İLƏ UZLAŞIRMI?

n

04/07/2011 - 17:20 İSLAM - İZZƏT, QEYRƏT VƏ AZADLIQ DİNİDİR!

n

04/07/2011 - 11:13 ŞƏBAN AYI NƏDİR?

n

02/07/2011 - 16:49 DİNLƏYİN, QAYĞI GÖSTƏRİN, SEVGİNİZİ HİSS ETDİRİN!

n

30/06/2011 - 13:45 BU GÜN İSLAM DÜNYASINDA ƏLAMƏTDAR GÜNDÜR

n

23/06/2011 - 11:26 "ZALIMLAR HEÇ VAXT SƏADƏT ÜZÜ GÖRMƏZLƏR!"

n

17/06/2011 - 12:32 ÖLÜMDƏN QABAQ SORUŞULMASI LAZIM OLAN 40 SUAL

n

16/06/2011 - 15:25 ABŞ HƏBSXANALARINDA İSLAMIN YÜKSƏLİŞİ

n

16/06/2011 - 10:30 BU GÜN İMAM ƏLİ (Ə)-ın DOĞUM GÜNÜDÜR


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
RÖVŞƏN AĞAYEV
"Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiyməti də bahalaşacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.