DÜNYA TİBB TARİXİNDƏ BİR İLK: BALACA ALLANANIN BİRDƏN-BİRƏ 6 ORQANINI DƏYİŞDİLƏR (video)
Dünyada hələ belə əməliyyat həyata keçməyib: həkimlər sarkomanı götürdülər, zədələnmiş 6 orqanı kəsdilər və donor orqanlarını transplatasiya elədilər
04-02-2012 / 15:29
Faktxeber.com-un verdiyi məlumata görə, Boston həkimləri tibb tarixinə düşəcək əməliyyat həyata keçiriblər.
Sarkomanın (xərçəngin qorxulu növü) nadir formasından əziyyət çəkən uşaqda şiş o qədər böyüyür ki, daxili orqanların bir çoxuna zərər verir. Körpənin sağ qalma ehtimalı demək olar ki, yox idi. Bu səbəbdən həkimlər birdən-birə onun 6 orqanının transplatasiyasını həyata keçirdilər.
Dəyişdirilən orqanlar arasında qida borusu da var idi ki, dünyada hələ bu əməliyyatı həyata keçirən olmayıb.
Artıq uşağın həyatı təhlükədə deyil. Onun sağalmağa doğru getdiyi bildirilir.
Allana Şevenell 5 yaşında qeyri-adi xəstəliyə yoluxduğu aşkar olunduqdan sonra ömrünün çox hissəsini həkimlərlə keçirib. Uşaq göz qabağında əriyirdi. Bir tərəfdən də onun qarnındakı şiş də böyüməkdə davam edərək, getdikcə qida borusuna təzyiq etməyə başlayırdı.
Allana daha yemək də yeyə bilmirdi.
Ən təhlükəlisi isə o idi ki, artıq şiş ürəyə çatırdı.
Həkim Hun Be Kim xəstəliyin balaca Allanın orqanlarını bir-birinin ardınca sıradan çıxdığını deyirdi: «Bir neçə kurs kimyəvi terapiya da kömək eləmədi. Kimyəvi müdaxilənin də xeyri yox idi. Həkimlər iki dəfə onu əməliyyat etmək istəsələr də, alınmamışdı».
Uşağı xilas eləməyin yeganə yolu isə şişin zədələdiyi bütün orqanların transplatasiyası idi.
Allanın nənəsi Debi Skolas son ana qədər hər şeyi düzələcəyinə inandığını, ancaq bəzən ümidlərini tamamilə tükəndiyini deyir: «Bizim uyğun donorlar tapmağımız möcüzə idi. Bilirsiniz, dünyada nə qədər insan bu anı gözləyir, amma tapa bilmir?»
Vaxt uzanırdı, uşağın vəziyyəti getdikcə pisləşirdi. Həkimləri isə uşağın bir deyil, iki deyil, düz altı orqanın tapmalı, sonra qarnındakı iri şişi götürməli, ardınca isə transplatasiya əməliyyatını həyata keçirməliydilər.
Allanın həkimi bu urun həkimlik karyerası müddətində gördüyü ən iri şiş olduğunu deyib.
Dünya tibb tarixində belə əməliyyat həyata keçməyib. Həkimlər sarkomanı götürdülər, zədələnmiş orqanları kəsdilər və donor orqanlarını transplatasiya elədilər. Allana yeni mədə, qaraciyər, dalaq, bağırsaq, qimda borusu və mədəaltı vəzi əldə etdi.
Allana əməliyyatdan sonra da daha bir neçə ay xəstəxanada yaşamalıdır. Həkimlər hələ də onun həyatı uğrunda mübarizə aparır – uşaq əməliyyatdan sonra olan infeksiyalar və ağırlaşmalarla mübarizə etməlidi.
Onun immun sistemi demək olar ki, yoxdu. Buna baxmayaraq, Allana günü-gündən yaxşılaşır. Həkimlər keçirilən əməliyyatların uşağın gələcəkdə fiziki aktivliyinə təsir etməyəcəyi ümidindədirlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.