ƏLİ KƏRİMLİ: "ÖZÜNÜ RÜSVAY ETMƏK İSTƏMİRSƏNSƏ, DOSTLARIMIZI AZAD ETMƏLİSƏN"
İctimai Palatanın sessiyasında çıxış edən AXCP sədri Əli Kərimli İP-in ötən ay fəaliyyəti ilə bağlı qısa xrnonikaya toxundu
04-02-2012 / 14:52
O, daha sonra qeyd etdi ki, İP iqtidarda olmasa da, Azərbaycan xalqının rəsmi sözçüsü statusunu əldə etməkdədir: “2012-də bizim əsas hədəfimiz yeni xalq hərəkatını başlatmaqdır. Bu zaman kütləvi hərəkatlar gündəmə gəlir. Biz həmin aksiyalara hazırlaşmalı, fəaliyyətimizi əsasən bu istiqamətə yönəltməliyik. Biz hər şey etməliyik ki, bizim apardığımız proses kütləvi olsun, xalqla birlikdə olsun. Biz imkan verməməliyik ki, hakimiyyət növbəti repressiyalara başlaya bilməsin. Bunun üçün bizim hərəkatımız kütləvi olmalıdır. Biz dəyişiklik kursu kimi ərəb ölkələrində olan modeli deyil, MDB məkanında, Rusiyada olan modeli-qansız-qadasız və tədrici dəyişiklik modelini seçməliyik. Biz dinc, qansız və demokratik mübarizə tərəfdarıyıq. Biz ölkədə rejim əleyhinə olan bütün qüvvələrin, bu gün bizimlə birgə olmayan müxalif qüvvələrin də bir araya gəlməsini təmin etməliyik. Yetər artıq müdafiədə olmaq. Gündəmi biz müəyyənləşdirməliyik. Bunun üçün də kütləvi xalq hərəkatlarını hazırlamalıyıq. Biz parlament və prezident seçkilərinin vaxtından əvvəl keçirilməsini təmin etməliyik. Çünki bizdə hər iki seçki qanuni keçməyib. Belə bir fürsət yaranan kimi, ondan istifadə etməliyik. iz bu iradəni, bu gücü ortaya qoymalıyıq”.
Əli bəy "Eurovision" məsələsinə də toxundu:"Eurovision" Azərbaycan üçün bir fürsətdi. Biz qətiyyən bu tədbirin ölkəmizdə keçirilməsinə mane olmamalıyıq. Əksinə, bununla bağlı dünya və iqtidara mesajlarımızı verməliyik. Bilsinlər ki, ya bizim dostlarımız azad olmalıdır, ya da "Eurovision" üçün ölkəmizə gələn minlərlə jurnalistlər yalnız siyasi məhbuslardan və korrupsiyadan danışacaq”.
Əli bəy bildirdi ki, bunun üçün ciddi hazırlıqlar var: "Minlərlə insanlarımız "Eurovosion"a siyasi dustaqların şəkilləri olan köynəklər geyinib, dünyanın hər yerindən gələn jurnalitlərin qarşısına çıxacaq. Özünü rüsvay etmək istəmirsənsə, bizim əqidə dostlarımız azad etməlisən". Yeni Müsavat
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.