MOSKVADA MİTİNQ İŞTİRAKÇILARININ SAYI 160 MİN OLUB
Rusiyanın paytaxtı Moskvada dekabrın 4-də parlament seçkilərində saxtakarlığa görə başlayan mitinqdə davam edir
04-02-2012 / 14:19
FaktXeber.com xəbər verir ki, Rusiya müxalifətinin əksəriyyəti bu dəfə ki, mitinqdə evində oturmağı üstün tutub. Mənfi 20 dərəcə soyuğa baxmayaraq küçəyə çıxan nümayişçilər, "Bolşaya Yakimanskaya" prospektindən "Bolotnaya" meydanına doğru gedir. 1,5 kilometr uzunluğundakı mitinqdə daxili işlər nazirliyinin məlumatına görə, mitinqdə 15 minə yaxın adam iştirak edir. Amma təşkilatçılar və müxalifət tərəfdarları iştirakçıların bundan qat-qat artıq olduğunu deyirlər.
“Ədalətli Seçki” tələbilə keçirilən mitinq 12:00-da başlayıb. Meydanda müxalifət liderləri çıxış edəcəklər
Hökumətpərəst qüvvələrin keçirdiyi mitinqdə isə, şəhər polisinin məlumatına görə, 56 min adam iştirak edir.
***
Rusiya DİN-dən xəbər verilir ki, Moskvadakı mitinq iştirakçılarının sayı 160 min nəfərə çatıb. Nazirlikdən verilən məlumata görə, Poklonnaya Qoradakı mitinqdə 125 min nəfər iştirak edir. Bolotnoy meydanda isə 33-34 min nəfər toplaşıb.
Moskvada müxalifətin mitinqi başa çatdı. Növbəti mitinq fevralın 26-dadır.
Qeyd edək ki, martın 4-də Rusiyada prezident seçkisidir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.