MEKSİKADA DONUZ QRİPİNDƏN 58 NƏFƏR DÜNYASINI DƏYİŞİB
Meksika Səhiyyə Nazirliyi ölkədə il başlayandan bəri 3 min nəfərin donuz qripi virusuna yoluxduğunu bildirib
04-02-2012 / 13:42
Faktxeber.com-un verdiyi məlumata görə, Meksika Səhiyyə Nazirliyi ölkədə il başlayandan bəri 3 min nəfərin donuz qripi virusuna yoluxduğunu, bunlardan 58-nin də dünyasını dəyişdiyini bildirib.
Meksikalı mütəxəssislər yaxın günlərdə təhlükəli virusa yoluxanların sayının artacağından narahatdırlar. Bununla belə hələ də genişmiqyaslı tədbirlər görülmür.
Yerli həkimlər xəstəliyin artmasına səbəbin son günlərdə havaların kəsikin soyumasını göstərirlər.
Xatırladaq ki, 2009-cu ildə bu ölkədə donuz qripindən 1,3 min insan həlak olmuşdu.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.