Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək
04-02-2012 / 13:24
FaktXeber.com xəbər verir ki, bu ilin yayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək. Bunu Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç bildirib.
Onun sözlərinə görə, səfər zamanı R.T.Ərdoğan Bakıda keçiriləcək Azərbaycan və Türkiyə arasında Starateji Əməkdaşlıq Şurasının növbəti toplantısında iştirak edəcək. Hazırda Şuranının iclasına hazırlıq üçün müvafiq sənədlər hazırlanır.
Xatırladaq ki, Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqaviləni Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül 2010-cu il avqustun 16-da İstanbulda imzalayıblar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.