Final oyununda 30 saniyəlik reklamın qiyməti 3.5 milyon dollardır
04-02-2012 / 12:58
FaktXeber.com xəbər verir ki, ABŞ-ın il boyu gözlədiyi Amerika Futbol Liqasının finalı sabah oynanılacaq. Milyardlarla dollar dəyəri olan final oyununda 30 saniyəlik reklamın qiyməti 3.5 milyon dollardır.
Amerika Futbol Liqası NFL-in, Nyu England Patriots və Nyu York Giants klubları arasında oynanılacaq çempionluq matçı "Super Bowl", milyardlarla dollara dəyərə sahibdir.
NBC televiziyasında yayımlanacaq matçda reklamın 30 saniyəsi 3.5 milyon dollardır. Bilet qiymətləri isə 30 min dollara qədər qalxıb. Oyun yalnız ABŞ-da ən az 173 milyon nəfər tərəfindən izləniləcək. Matçın oynandığı "Lucas Oil" stadionuna gələn azarkeşlərin qalmaq, avtomobil kirayəyə götürmək, alış-veriş kimi xərclələri bölgəyə təxminən 200 milyon dollar xeyir gətirəcək. Oyunun böhranda olan Amerika iqtisadiyyatına qatqısı isə 11 milyard dollardır.
Reklamlar
Super Bowl əsnasında göstəriləcək reklamlar artıq açıqlanıb. Audi, Kia Optima, Bud Light, Budweiser, Coca-Cola, Doritos, Go Daddy, M&M' s, Toyota, Volkswagen, Walt Disney, Paramount, Samsung və Universal artıq əksər reklam yerlərini alıblar.
1000 polis təhlükəsizliyi qoruyacaq
Stadion 70 min nəfərlik olsada oyun üçün şəhərə 750 min nəfərin gəlməsi gözlənilir. Polis şəhərdə yaşanacaq sıxlıq əsnasında təhlükəsizliyi təmin etmək üçün artıq işlərə başlayıb. Tərəfdarların təhlükəsizliyinin təmin edilməsi üçün milyonlarla dollar xərclənib.
Super Boul nədir?
Amerika Futbol Liqası NFL-in çempionluq oyunu olan Super Boul ölkənin ən böyük idman təşkilatı olaraq tanınır. İki komanda artıq 46-cı dəfə qarşılaşacaqlar. Keçən il yalnız bu matç üçün 4.5 milyon nəfər evinə yeni televizor alıb.
185 ölkədə yayımlanacaq
- "Lucas Oil" stadionunda 2008-ci ildə istifadəyə verilib. HKS adlı firma tərəfindən tikilən stadionun şüşə divarları var. Damı açılıb bağlanır.
- İndianapolisdə 830 min nəfər yaşayır.
- Matç 185-dən çox ölkədə, 30 fərqli dildə yayımlanacaq.
- Super Boulun ilk dəfə təşkil edildiyi il 1967-ci ildə reklam vermək 42 min dollar olub.
- Oyunun biletlərinin qiymətləri 1200-600 dollar arasında dəyişir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.