FaktXeber.com-un verdiyi məlumata görə, "Foley Square"də toplaşan və ''Wall Streeti İşğal Et'' hərəkatının da dəstək verdiyi müsəlman təşkilatlar, etdikləri çıxışlarda Nyu York polisinin son vaxtlar müsəlmanlara qarşı ayrı-seçkiliyə yeni bir ünsürün də əlavə olunduğunu, ''Üçüncü Cihad'' adlı sənədli filmin polislərə terrorla mübarizə dərslərində izlətdirildiyinə toxunublar. Filmin müsəlmanlara qarşı təbliğat məqsədiylə hazırlandığını söyləyən təşkilat nümayəndələri, müsahibə aparılanlar arasında təhlükəsizlik şöbəsinin müdiri Kellinin də olduğunu bildiriblər.
Nümayişdə müsəlman təşkilatlar iki gün əvvəl şəhərin kasıb məhəllələrindən olan Bronksda öldürülən 19 yaşlı zənci gəncin də ''irqçi polis'' tərəfindən silahsız olduğu halda evində öldürüldüyü bildirilib. ''Hamımız Ramarley Qrahamıq'', ''Hamımız Nyu Yorkluyuz'' ''Hamımız Müsəlmanıq'', ''Hamımız Xristianıq'', ''Birimizə Edilən Hücum Hamımıza Edilmiş Deməkdir'' kimi şüarlar səsləndiriblər.
Etirazçılar nümayiş əsnasında davamlı şəkildə Nyu York Təhlükəsizlik şöbəsinin müdiri Kelli və polis əleyhinə şüarlar səsləndiriblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.