ABŞ-da mütəxəssislərin apardığı araşdırmaya görə twitterdə məşhur olmağın 9 qızıl qaydası var
04-02-2012 / 12:05
FaktXeber.com xəbər verir ki, ABŞ-da mütəxəssislərin apardığı araşdırmaya görə, twitter istifadəçilərinin yazdıqlarının üçdə ikisinin digər istifadəçilər üçün darıxdırıcı olduğunu məlum olub.
Mütəxəssislərin məsləhət bildiyi 9 qızıl qaydanı sizlərə təqdim edirik:
XƏBƏR YAYIMLAMAYIN: Dəfələrlə paylaşdığınız linkləri yeni kimi təqdim etməyin. Unutmayın ki, köhnə xəbərlər xəbər deyil. Buna görə də yeni və müzakirə yaradacaq xəbərlər verməyə şalışın.
YALNIZ ŞƏRH YAZMAYIN: Araşdırmalara görə, bir çox twitter istifadəçisi yalnız şərh yazır. Bir mövzu haqqında ancaq şərh etməkdənsə xəbər paylaşın.
MESAJINIZ QISA OLSUN: Qısa və dəqiq mesaj yazanların daha çox təqibçisi olur.
LAZIMSIZ SİMVOL İSTİFADƏ ETMƏYİN: Simvolları lazımsız yerə istifadə etməyin. Çünki bu istifadəçilər yorulmasınma səbəb olur.
SİRRLİ OLUN: Hamıya harada olduğunuzu söyləməyin. Davamlı olaraq, "Kinodayam, evdə serial izləyirəm, yemək yeyirəm" twitləri paylaşmayın.
LAZIMSIZ FOTOŞƏKİL ƏLAVƏ ETMƏYİN: Səbəbini yazmadan fotoşəkil və ya internet linki göndərməyin.
ŞİKAYƏTLƏNMƏYİN: Twitlərinizdə davamlı şikayət etməyin. Unutmayın həyat onsuz da çətindir və digər istifadəçilərin də problemləri var!
ZARAFATCIL OLUN: Gülməli twitlər atan istifadəçilərin təqibçi sayının daha çox olur. Buna görə də twitlərinizdə daha çox əyləncəli xəbərlər verməyə çalışın.
9. MƏHŞURLAR...: Çox izləyicisi olan məşhurlara… Sırf məşhur olduğunuz üçün həyatınızın ən xırda detalının da maraqlı olduğunu düşünməyin. İnsanlar hansı yeməyi yediyinizi yox, işinizə əlaqədar peşəkar mövqeyinizi öyrənmək istəyirlər…
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.