FaktXeber.com xəbər verir ki, Bakıda bıçaqlanma hadisəsi baş verib. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Hadisə fevralın 2-si saat 22:40 radələrində paytaxtın Naxçıvanski küçəsində qeydə alınıb. Bakı şəhər sakinləri Ravil İbrahimov, Sədi Əliyev və Rəşad Adıgözəlov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Şəki şəhər sakini Fariz Əhmədov fevralın 3-də yaxalanıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.