Aktyor üç dəfə "Qızıl qlobus" və "Toni" teatral mükafata layiq görülüb, 2003-cü ildə ikinci planda roluna görə "Emmi" mükafatı alıb
04-02-2012 / 11:47
Faktxeber.com-un verdiyi məlumata görə, dünyaca məşhur aktyor Ben Qazzara 81 yaşında mədəaltı vəzi xərçəngindən Manhetten şəhərində vəfat edib.
Aktyor 120-dən çox filmdə çəkilib. Onların arasında «13», «Baffalo 66», «Böyük Lebovski», «Tomas Kraunun fırıldağı», «Doqvill» və «Paris, mən səni sevirəm» kimi filmləri də yer alıb.
Qazzara üç dəfə «Qızıl qlobus» və «Toni» teatral mükafata layiq görülüb, 2003—cü ildə ikinci planda roluna görə "Emmi" mükafatı alıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.