FRANSA SENATININ NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANA GƏLƏCƏK
Fransadan gələn nümayəndə heyətinin tərkibinə senatorlar xanım Natali Qule, xanım Silvi Qo-Şaven, Jan-Mari Bokel, Evre More, Andre Rexar, Cani Lorju daxildirlər
04-02-2012 / 11:12
Fransa Senatının qəbul etdiyi qondarma erməni soyqırımının inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun ləğv olunması üçün Fransa Konstitusiya Məhkəməsinə müraciət etmiş senatorlardan bir qrupu fevralın 5-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Azərbaycana gələcək.
Komitənin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, bu səfər Azərbaycana dost münasibəti bəsləyən və Senat çərçivəsində Qafqaz üzrə dostluq qrupunun sədr müavini Natali Qule tərəfindən uzun müddət bundan öncədən planlaşdırılıb. Nümayəndə heyətinə Azərbaycana xoş münasibət bəsləyən digər senatorlar daxildir və bu, onların ölkəmizə ilk səfəri olacaq.
Fransadan gələn nümayəndə heyətinin tərkibinə senatorlar xanım Natali Qule, xanım Silvi Qo-Şaven, Jan-Mari Bokel, Evre More, Andre Rexar, Cani Lorju daxildirlər. Səfər zamanı heyət bir sıra rəsmi görüşlər keçirərək, Azərbaycan və Fransa arasında arasında aktual ikitərəfli məsələləri muzakirə edəcək, habelə məcburi köçkünlərin məskunlaşdıqları bir məntəqəyə baş çəkəcək, onların həyat şəraiti ilə tanış olacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.