FaktXeber.com xəbər verir kİ, ötən gün respublika ərazisində baş verən 10 yol qəzasında 13 nəfər yaralanıb. Azərbaycanın magistral yolları buzdan təmizlənib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.
Məlumata görə, respublikanın avtomobil yollarında nəqliyyatın hərəkətində heç bir problem yoxdur, yollar açıqdır. Bununla belə sürücülərdən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar ehtiyatlı olmaq xahiş olunur.
BDYPİ-dən həmçinin bildirilib ki, ötən gecə respublikada 10 yol qəza hadisəsi baş verib ki, nəticədə 13 nəfər xəsarət alıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.